AZ

Asmita Satyarthi: Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır

Bakı, 1 may, AZƏRTAC

Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır. Milyonlarla insan müharibə şəraitində yaşayır. Biz bu məsələlərə dürüst şəkildə yanaşmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Satyarhi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru Asmita Satyarthi Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən plenar sessiyada deyib.

Asmita Satyarthi Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə danışıb: “COP29-da iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələr barədə danışılacaq. Sözsüz ki, ilk sıralarda Afrika ölkələridir. Orada insanların qarşılaşdığı problemlər bizi təcili addımlar atmağa vadar edir. Qəzzada, Konqoda insanların qətlə yetirilməsi, Afrikadakı anaların öz övladının aclığı üçün yaşadığı çarəsizlik bizim problemimizdir. Bizə mərhəmətli liderlər, rəhbərlər lazımdır. Onlar problemin həllinə maraq göstərməli, real işlərlə məşğul olmalıdır. Burada xüsusilə, Prezident İlham Əliyevin müasir dünyada yaşanan problemlərin həlli istiqamətində gördüyü tədbirləri nümunə göstərmək istərdim. Son olaraq, Prezident İlham Əliyevə öz liderlik bacarıqları üçün təşəkkür edirəm”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla