AZ

TRACECA-nın Azərbaycan hissəsi ilə bu il daşınacaq yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4 milyon ton təşkil edib.

İnterpress.az bildirir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 % çoxdur:

“TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımalarının həcminin ilin sonuna qədər 16 milyon tona çatması gözlənilir”, – deyə o qeyd edib.

R.Bayramov vurğulayıb ki, son illər ərzində TRACECA dəhlizi ilə yükdaşımaların həcmi artır: “Artım olduğuna görə, biz TRACECA çərçivəsində tədbirlər təşkil edirik ki, çıxacaq problemləri çevik həll edək”.

Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib. Hazırda TRACECA-ya 14 ölkə üzvdür./Report

Seçilən
133
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20135
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19153
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18166
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17517
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16305
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16068
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15969
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15280
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11795
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8027
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7923
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7704
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7016
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6878
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6169
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5704