AZ

Bu regionda direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir

 
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
 
 
Bu barədə AzEdu.az-a qurumdan məlumat verilib.
 
 
Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanılması, test və müsahibə) ibarət olacaq.
 
 
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 02 may 2024-cü il tarixindən 07 may 2024-cü il tarixinədək, saat 10:00-dan 17:00-a kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.
 
 
Tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- 3x4 şəkil;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavənin surəti.
 
 
Həmçinin bildirilib ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
 
 
Namizədlər üçün tələblər:
 
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
 
 
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.
 
 
Test imtahanında namizədlərə qanunvericilik, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.
 
 
Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
 
 
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
 
- Vəzifə üzrə biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
 
 
Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
 
Vakansiya linki:
 
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla