AZ

"Mənim də xasiyyətimi bilirsiz də..." Qaranlıq məqamlara aydınlıq gətirdi

Sportinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının prezidenti, «Araz Naxçıvan»ın himayədarı Zaur Axundov sualları cavablanıdırıb.

- "Zirə" ilə görüşdə qələbə qazana bildiniz. Qələbəni necə şərh edərdiniz?

- Mən də inanmırdın ki, komandamız qalib gələcək. Turnir cədvəli baxımından "Zirə"yə çox vacib xallar lazım idi. Futboldur, mənim üçün sürpriz oldu.

- Uzun müddət idi ki, qalib gəlmirdiniz deyə, inamsızlıq var idi?

- Təbii ki, inamsızlıq var idi. Dekabrdan bu yana "Qəbələ" ilə heç-heçə oynayıb, “Neftçi”ni məğlub edə bilmişdik. Bilirsiz, gələn məşqçi bir gün gedir. Elmar Baxşıyevin öz dəst-xətti, taktikası var.

- Bu qələbənizdən sonra avrokuboklar zonasında qarışılıq yarandı..

- Çempionatımız maraqlı keçir. Son turlara qədər xalların eyni olması liqamız üçün yaxşıdır. Dörd tur qalıb. “Qarabağ”ı çıxmaq şərtilə, son tura qədər mübarizə gedəcək.

- Mövsümə yaxşı başlayan “Araz-Naxçıvan” var idi, hətta avrokuboklar uğrunda mübarizə aparacağınız gözlənilirdi. Sonradan nə baş verdi ki, eniş yaşandı?

- Komanda 9 günə yığılıb. Bütün hadisələrin içərisində olmuşam. Elə oyunçu olub ki, hava limanından gəlib otelə, sabah oyuna çıxıb. Heç oyunçuların adını bilməmişik. Yaxşı komanda yığıldı, alındı, oynadı. Sadəcə ehtiyat oyunçular skamyasını düzəldə bilmədik, vaxtımız da çatmadı. Zədələnən, yorulan futbolçular da olur. Futbolun qanunu var, ələlxüsus da Azərbaycanda, lider komandaları udduqdan sonra arxayınçılıq baş verdi. Bunu açıq danışaq, hamı gördü. 20 ildir futboldayam, mən də əvvəlki baş məşqçiyə həmişə deyirdim ki, futbolçularda boşluqlar olmasın. Uzun marafon var idi, boşluq vermək olmazdı. Baxın, "Turan Tovuz" hər oyun "Araz-Naxçıvan"ı məğlub edib, “Kəpəz” də udurdu. “Qarabağ”ı udub, daha sonra iki turda uduzurduq. Azər Bağırova bunu deyirdim. Təbii ki, hər şeyi baş məşqçinin üstünə atmaq olmaz. Bütün məşqçilər korpusundan danışıram. Onlarda da günah görürdüm ki, lazımı səviyyədə işləmədilər. İdman boşluğu, arxayınçılığı sevmir.

- Azər Bağırovun işindən narazı idiz? Qalmasına israr etdiz?

- Azər Bağırov cavan məşqçidir, komandanı yüksək liqaya gətirdi. Birinci dövrədə komanda yaxşı nəticələr göstərdi. Bizim liqa yavaş-yavaş sürət götürən liqadır. Çempionat başlayanda “Qarabağ” və “Neftçi” harada idi, indi haradadırlar. Bura Azərbaycan birinci liqası deyil də, yüksək liqadır.

- Düşünürsüz ki, sabiq baş məşqçiniz yüksək hədəflər üçün və yaxud çempionatın sonlarındakı təzyiq üçün çempionata hazır deyildi?

- Təzyiq məsələsi də var. Kaş ki, birinci dövrəni zəif keçirib, ikinci dövrəni yaxşı alındırardıq. Azər Bağırovla “Keşlə”də də çalışmışıq. Onunla bağlı mənfi bir fikrim yoxdur. Sadəcə, bura Azərbaycan yüksək liqasıdır. Bu mövsüm də çempionatın daha yüksək səviyyədə keçməsini müşahidə edirik. Azər Bağırov cavandır, istəyərdim ki, yüksək liqa klublarına dəvət olunsun, daha çox təcrübə toplasın. Onun öz dəst-xətti var, amma bura yüksək liqadır. Mənim də xasiyyətimi bilirsiz də, intizam birinci yerdə olmalıdır.

- Naxçıvanlı azarkeşlər “Araz-Naxçıvan”ı nə vaxt görəcək?

- Bildiyim qədərilə, stadionun təmiri ilə bağlı Naxçıvanda tender elan olunub. Ot örtüyü, işıqlandırma da bura aiddir. Hamımız istəyirik ki, naxçıvanlı azarkeşlər doğma komandasını Naxçıvanda görsünlər. Vaxt var, çalışıb işləmək olar. Yaxşı səviyyədə süni örtüklü meydança olacaq. VAR sistemi quraşdırılmalıdır. Digər xırda cari işləri çempionat gedə-gedə də yoluna qoymaq olar. Birinci Liqada “Araz-Naxçıvan” oynayanda, 8-10 min azarkeş gəlirdi. Azarkeş məsələsini də bilirsiz. “Qarabağ”ı “Sumqayıt” yox, azarkeşlər uddular. Uşaqlıqdan yadımdadır, 80-cı illərdə çox güclü komandalar Naxçıvana gələndə, 10 min azarkeş təzyiq yaradırdı. Bu da futbolçulara əlavə motivasiyadır. Mən də naxçıvanlı kimi hamıdan çox istəyirəm ki, “Araz-Naxçıvan” Naxçıvanda oynasın.

- “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşdi. Sizcə, AFFA rəhbərliyi komanda sayını artıraraq onları da yüksək liqada saxlamalıdır?

- Təbii ki, mən istəyərdim “Qəbələ” yüksək liqada qalsın. Amma bu tək mənim istəyimlə olmur. “Qəbələ”nin futbolu çox sevən və yatırım edən rəhbərliyi var. Onların gözəl akademiyası da var. Avrokuboklarda Azərbaycanı təmsil edib. Mən heç istəməzdim ki, “Qəbələ” birinci liqaya düşsün. Bu yaxınlarda İcraiyyə Komitəsinin iclası olmalıdır. Ümidvaram ki, müsbət qərar olar və “Qəbələ” Premyer Liqada qalar. Amma yenə də idman prinsipləri var, çempionat başlayanda hamı bilirdi ki, sonuncu yeri tutan komanda liqanı tərk edəcək.

- Elmar Baxşıyevlə 2 ay+ 2 illik müqavilə imzalamışdız. Nəyə əsasən onun komandada qalıb-qalmayacağı dəqiqləşəcək?

- Oyuna və intizam məsələsinə görə. Mənim üçün intizam məsələsi birinci pillədədir. Boşluq olmamalıdır. İntizam məsələsi oyundan öncə də olur. Heç bir ay deyil ki, Elmar Baxşıyev komandadadır. Mənfi işlər çoxdur. Klubun daxili işidir, açıqlamaq olmaz. Klub rəhbəri olan qardaşım, mən və Elmar Baxşıyev görüşdükdə, oyundan daha çox intizam məsələsinin öndə olacağını demişik. Oyundan öncə də intizam olmalıdır, oyundan sonra da.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21104
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19323
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16846
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16654
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11975
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9108
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8314
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7997
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7512
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7154
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6358
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763