AZ

Klubların şikayətinə AFFA rəsmisindən cavab

Region Liqasında çıxış edən klubların yaşadıqları problemlərə AFFA rəsmisi cavab verib.

KONKRET.az xəbər verir ki, “İsmayıllı” klubunun baş məşqçisi Tərlan Vahidov məsələ ilə bağlı açıqlama verib.

“AFFA Region Liqasında çıxış edən komandalara oyunbaşına 300 manat vəsait ayırır. Ümumilikdə 10 ədəd top və futbol formaları verir. Yerdə qalan məsələlər isə klubların ixtiyarına buraxılır. Stadionu olmayan komandalar idman kompleksinin ixtiyarında olan meydançada oynamalı olurlar. Gənclər və İdman Nazirliyinin tələblərinə əsasən, idman kompleksinə hər oyun üçün 200 manat ödəniş olunur”.

Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli sorğumuzu cavablandırıb.

“Region Liqasında çıxış edən komandalara hər oyuna (həm ev, həm də səfər) 300 manat verilir. Komandalara iki dəst forma hədiyyə olunur və mövsüm ərzində 10 top verilir. Komandalar Region Liqasında çıxış etmək üçün müraciət etdikləri zaman stadionla bağlı təminat məktubları verirlər. Onlar stadionla bağlı bu təminatları verməsələr, liqaya buraxılmazlar. Yəni bir növ komandaların öhdəliyidir stadion məsələsi. Region Liqasında çıxış etmək istəyən komanda stadionla yanaşı, təhlükəsizliyi təmin etməlidir, həmçinin oyunlarda həkim olmalıdır. Bu Region Liqasında çıxış etmək üçün minimum tələblərdir”, – deyə o bildirib.

Qeyd edək ki, Region Liqasında mükafatçılara – 1-ci yerə görə 10 min manat, 2-ci yerə görə 5 min manat, 3-cü yerə görə 2 min manat mükafat verilir. (oxu.az)

 

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1266
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
857
Bu yol qovşağında təmir işləri aparılacaq
548
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
439
Bakıda 9 otaqlı evdə yanğın baş verib
412
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
355
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
296
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
278
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
195
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
183
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
183
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
181
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
148
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
90
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
84
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
75