AZ

Azərbaycan ədəbi dilinə akademik baxış

Bakı. Trend:

Hər bir kəs özündən sonra qoyub getdiyi həyat əhəmiyyətliyaratdıqlarının hesabına həmişə yad edilir, xatırlanır və hər yerdəyaratdıqlarına istinad edilir.

Belə şəxsiyyətlərdən biri də hər bir kəsin Tofiq müəllim kimitanıdığı, ömrünü öz xalqının ana dilinin – Azərbaycan türkcəsininkeçdiyi yolu qarış-qarış izləyən, ümumtürk dünyasında həmişəbarmaqla göstərilən akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

May ayının 1-i bu görkəmli şəxsiyyətin anadan olduğu gündür.Yaşasaydı bu gün 88 yaşı tamam olacaqdı. Onu da deyim ki, bugörkəmli şəxsiyyət 1 may 1936-cı ildə Qarabağ mahalında, Cəbrayılrayonunun Soltanlı kəndində anadan olmuş, 27 noyabr 2016-cı ildəvəfat etmişdir. Görkəmli alim İkinci Fəxri xiyabanda dəfnolunmuşdur.

Dünyanı dərk edib başa düşəndən qələmini silaha çevirib özdilinin qədimliyi, saflığı və Qafqazda aparıcı dil olduğunu sübutetmək üçün bu sahəyə aid onlarla kitab və yüzlərlə məqalə yazıb çapetdirmişdir. Onun yaradıcılığının geniş bir hissəsini Azərbaycanədəbi dilinin tarixinə həsr etdiyi “Azərbaycan ədəbi dilinintarixi” dərsliyi təşkil edir. Dərslik iki hissədən (iki kitabdanibarətdir) və son nəşri Azərbaycan Respublikası təhsil nazirinin10.07.2012-ci il 1325 saylı əmri ilə təsdiq edilərək həmin ildə“Elm” nəşriyyatı tərəfindən çap edilmişdir.

Dərsliyin birinci hissəsi “Ön söz” və “Fənnin mövzusu və birneçə anlayış haqqında”, “Azərbaycan dili terminoloji anlayışı,etnik mənşəyi, ən qədim izləri və təşəkkülü”, “Azərbaycan ədəbidilinin dövrləri”, “Dədə Qorqud kitabı”nın dili” və sairbölmələrdən ibarətdir.

Bunun ardınca akademik Azərbaycan xalqının yaşadığı tarixidövrlərdə ədəbi dilinin hansı göstəricilər üstündə bərqərarolduğunu dəqiq göstərmək üçün bu dilin keçdiyi tarixi yolu müxtəlifəsrlərə bölərək tədqiq edib araşdırmışdır.

Dərsliyin bölmələrindən biri XIII-XVI əsrlər ədəbi dili adlanır.Bu bölmədə müəllif ilk olaraq XII-XIII əsrlərdə Azərbaycan dilinədigər dillərin təsirindən söhbət açır və yazır: “Artıq XIII əsrdənbaşlanan yeni mərhələdə ərəb, fars dillərindən türkcəmizə güclülüğət axını özünü göstərir. Bununla da alınmaların türkcəmiztərəfindən mənimsənilməsi, özününküləşdirilməsi prosesi gedir. Xalqdili də, ədəbi dil də sınaq qarşısında durur”.

Akademik Azərbaycan türkcəsinə müxtəlif dövrlərdəki təsirlərəhəmin dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığına istinadetməklə qiymət verir və zərgər dəqiqliyi ilə hesablayaraq hansıəsrdə dilimizə əcnəbi sözlərin daha çox daxil olduğunu nümunələrəsasında qeyd edir.

Məsələn, müəllif XIV əsrin görkəmli söz ustası İzzəddinHəsənoğlunun iki qəzəlini götürüb həmin qəzəllərdə işlənən sözlərinümumi sayının neçəsinin əsl türk, neçəsinin alınma söz olduğunuqeyd edərək yazır: “XIII əsrdən Həsənoğlunun əlimizdə olanqəzəllərindən ikisinin lüğət tərkibinə diqqət yetirək. Qəzəllərindilində 100 söz var. Bunlardan 59-u türk, 41-i ərəb-farssözləridir”.

Akademikin apardığı hesablamadan dilimizin saflığının XIII əsrdəhansı vəziyyətdə olduğu açıq-aydın ortaya çıxır. Ərəb istilasındansonra xalqımızın özü ilə bərabər, dilimizin də hansı dərəcədəistilaya məruz qalması müəllifin bu hesablamasında açıq şəkildəözünü göstərir. Tofiq Hacıyev Həsənoğlunun qəzəllərinin hamısındaərəb və fars sözlərinin türk sözləri ilə eyni nisbətdəişlənmədiyini apardığı tədqiqatın nəticəsi kimi ortaya çıxararaqyazır: “Qəzəllərdə türkcə və ərəb-farsca sözlərin nisbətimüxtəlifdir. “Apardı könlümü...” qəzəlində 47 sözdən iyirmisitürkcə, iyirmi yeddisi ərəbcə, farscadır – türkcə ümumi lüğətin42,5 faizidir. “Necəsən, ey gül üzü ağum...” qəzəlində 68 sözdəncəmi on altısı ərəbcə, farscadır – türkcə ümumi lüğətin 76, 5faizidir. Bütövlükdə hər iki qəzəldə lüğətin 59 faizitürkcədir”.

Digər əsrlərdə (XIII, XIV, XV, XVI) yazılan əsərlərin tipolojicəhətdən uyğun gəldiyini qeyd edən müəllif, eyni zamanda, buəsrlərdə yaranan ədəbi nümunələrin bir-birindən müəyyən dərəcədəfərqli olduğunu, fərqləndiyini də qeyd edir.

Ərəb istilasından sonra monqol işğalına da məruz qalan xalqındilində yenə də yeni gəlişmələr baş verməyə başlayır. İşğala məruzqalan xalqların danışdığı dilə işğalçı xalqların dilləriningöstərdiyi mənfi təsiri qeyd edən akademik bununla bərabər, işğalaməruz qalan xalqların həyatında bəzən müsbət xüsusiyyətlərinolduğunu da qeyd edir. Müəllif bununla bağlı yazır: “XIII əsrə(monqollara) qədər ancaq əski Midiya–Atropaten ərazisinə, indikitəbirlə ölkəmizin cənubuna Azərbaycan deyirdilər, şimalı, əskiAlbanıyanı Arran, Şirvan və s. kimi tanıyırdılar. Məhz monqollarŞimalı və Cənubu birləşdirib, hər ikisinə birlikdə Azərbaycandedilər”.

Tofiq Hacıyev yadelli işğalçıların təsirlərinə baxmayaraqtürkdilli şeir nümunələrinin öz ənənələrinə qoruyub saxladığınıbelə səciyyələndirir: “Uzun illər boyunca ərəb və farsların,sonradan isə monqolların işğalı altında əzilməsinə baxmayaraq XIIIəsrdən tarixi, ictimai-siyasi şəraitlə bağlı ölkədə ədəbi dilinüçləşməsi müşahidə olunur. Ərəb-fars dilləri ilə yanaşı Azərbaycandili də dövlət, sənət və elm dili kimi işlənmək hüququqazanır”.

Müəllif XIII əsrdən başlayaraq Azərbaycandilli ədəbi dilnümunələrinin Nəsiminin yaradıcılığında kamil şəkildə ortayaçıxması məsələsini də diqqətə çatdırır. Akademik Nəsimiyaradıcılığının ədəbi dilin püxtələşməsi işində xüsusi rola malikolduğunu qeyd edir və bununla bağlı yazır: “Nəsimi dilində ərəb,fars lüğəti ilə müqayisədə türkcənin Füzulidən üstünlüyü, həm dəonun şeirlərinin təbliğat məqsədi ilə bağlı idi: Nəsimi şeiriniyayan, təbliğ edən dərvişlər aşıqlar, ozanlar kimi camaat içindəolur, sözlərini üz-üzə insanlara deyirdilər. Şeirini yazanda Nəsimibunu düşünürdü”.

Dərsliyin digər bir bölməsi “XV-XVI əsrlər (ədəbi) dili”adlanır. Bu bölmədə müəllif “XVI əsr Azərbaycan ədəbiyyatınınistedadlı lirik şairi, XVI əsr Səfəvilər dövlətinin yetişdirdiyiböyük Füzulidən söhbət açır. Onun sənət müəlliminin Şah İsmayılsarayının məlikiş-şüərası Həbibi olduğunu qeyd edir. Və eynizamanda göstərir ki, “İraq məhz M.Füzulinin zamanında Osmanlıimperiyasının tərkibinə daxil oldu”.

Müəllif yenə də kitabın həmin bölməsində Xətai hakimiyyətidövründə müxtəlif şəhərlərdə müxtəlif şairlər məclisinin fəaliyyətgöstərdiyindən söhbət açır. Cahan şah Həqiqi sarayındaAzərbaycandilli və farsdilli şairlərin, Şah İsmayıl sarayında isəHəbibinin başçılıq etdiyi şairlər məclisinin fəaliyyət göstərdiyinitarixi faktlara əsaslanaraq qeyd edir. Bütün bu deyilənləriyekunlaşdıraraq Tofiq Hacıyev yazır: “Şah İsmayıl hakimiyyəti vəFüzulinin sənət dili Azərbaycan ədəbi dilini ən qüdrətli türkcəkimi qeyd edir”.

Azərbaycan ədəbi dilinin üslublarının bu dövrdə formalaşıbbitkin bir forma alması da bu bölmədə geniş şəkildə qeyd edilir.Müəllif apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, “ədəbidil xalq dilindən seçilən fonetik, leksik, qrammatik faktlarınvahid orfoqrafik və orfoepik tələblər çərçivəsindətəzahürüdür”.

Dərsliyin digər bölmələrində ilkin olaraq Qurbaninin, onunardınca isə Xətainin anadilli şeirləri haqqında söhbət açılır və budövrdə poetik nümunələrlə yanaşı, nəsr əsərləri nümunələrininyarandığı haqqında məlumat verilir.

Kitabın “XVII-XVIII əsrlərdə ədəbi dil” bölməsində isə bədiiüslub, Qövsi Təbrizi və M.P.Vaqifin dili haqqında geniş məlumatverilir. Burada nəsr dili elmi üslub və rəsmi epistolyar üslubməsələləri də ayrı-ayrı bölmələr şəklində verilir və geniş şəkildəaydınlaşdırılır. XVII-XVIII əsrlər ədəbi dili haqqında düşünənmüəllif yazır: “XVII-XVIII əsrlərdə də tarixi şərait, iqtisadi,siyasi vəziyyət, dövlətçiliyin səviyyəsi ədəbi dilin varlığına,inkişafına öz möhürünü vurur. XVI əsrin sonu, XVII əsrinəvvəllərindən Səfəvilər dövlətinin keçirdiyi böhran nəticəsindəAzərbaycan ədəbiyyatı yuxarıdan himayəsini itirir və ədəbi dildövlət nəzarətindən çıxır”.

“Azərbaycan ədəbi dilinin tarixi” dərsliyinin II cildində isəilk əvvəl XIX əsrin tarixi-mədəni şəraitindən, həmin əsrin ədəbidilindən, dövrün elmi-dilçilik mühitindən fonetik, leksik vəsintaktik normalardan söhbət açılır və hər bir məsələdən bədiinümunələrə əsaslanaraq bəhs edilir.

XIX əsrdə yaranan bədii əsərlərdə üslub mənzərəsinin necəolduğundan söhbət açılır və bu barədə yazılır: “Üslub mənzərəsidövrün ədəbi dilində özünəməxsus xüsusiyyətləri, yeniliyi, eynizamanda istisnaları ətalətlə davam edib kommunikativ faktaçevrilməyən elementləri əyani əks etdirir.”

Dərsliyin “Folklor danışıq dilinin davamı” adlı bölməsində isəVaqif məktəbinin şimaldakı davamçısı Qasım bəy Zakir, cənubdakıdavamçısı Əbdülqasım Nəbatidən danışılır. Müəllif bu dövrdəyaşayıb-yaradan müəlliflərin əksəriyyətinin şifahi xalq ədəbiyyatıənənələrindən qidalandığı məsələsini və digər məsələləri qabarıqşəkildə nəzərə çarpdırır. Digər bölmələrdə isə A.A.Bakıxanov,S.Ə.Şirvani və M.F.Axundzadənin bədii dili araşdırılır. Q.Zakirin“dilinə” xüsusi bir bölmə həsr edən akademik T.Hacıyev onunyaradıcılığı haqqında deyir: “Q.Zakir bədii nitqi ilə, birtərəfdən, Vaqif demokratizminin davamçısı, digər tərəfdən, MirzəFətəlinin yeni sənət dilinin bilavasitə başlanğıcıdır”.

Dərsliyin digər bir bölməsi isə “Seyid Əzim Şirvaninin dili”adlanır. Bu bölmədə akademik Tofiq Hacıyev müəllifin əsərlərindəngötürülən nümunələri təhlil edib aydınlaşdırır. S.Ə.Şirvaniyaradıcılığının Xətai və Axundov yaradıcılığı arasında bir körpürolunu oynadığını qeyd edir. Bunu nəzərə alan akademik yazır:“S.Ə.Şirvani klassik kitab dilini ikili şəkildə davam etdirir: O,şeirdə də, nəsrdə də həm Füzuliçi kimi, həm də yenilikçi kimi çıxışedir. Əlbəttə, yenilik daha çox fikrin məzmunu ilə bağlıdır”.

Dərsliyin daha bir bölməsi diqqəti xüsusilə cəlb edir. Bu,Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuş, həm dramaturq, həmşair, həm publisist, həm də nasir kimi özünə şöhrət qazanmış,ömrünü “komediyalarımıza” həsr etmiş “M.F.Axundzadənin bədii dili”adlanır. Bu bölmədə Mirzə Fətəlinin hansı səviyyədə insan olmasımüxtəlif bənzətmələrlə oxuculara çatdırılır. Axundzadə kimi birşəxsiyyətə sahib olan xalqı bəxtəvər, sayılıb seçilən xalqadlandırır və bununla bağlı yazır: “M.F.Axundzadə bütün təfəkkürhüceyrələri ilə yenilikçidir. O, təkcə ədəbiyyatımızda deyil,bütövlükdə mədəniyyət tariximizdə era başlıyır. V.Q.BelinskininLomonosov haqqında “bu bizim ilk universitetimizdir” təyiniAzərbaycan mədəniyyəti tarixində M.F.Axundzadəyə düşür. O,dramaturgiyamızı başladı, nəsrimizi yeni məcraya saldı, ilk dəfəədəbi dil nəzəriyyəsi ilə məşğul oldu, orfoqrafiya, orfoepiya,durğu işarələri, terminologiya kimi dil quruculuğu işləri gördü,əlifba ilə bağlı ideyası və fəaliyyəti dil quruculuğu dairəsindənçıxıb xalqın bütöv maarif, pedaqogika və mədəniyyət sahələriniəhatə etdi.”

Kitabın digər bölmələri Azərbaycan ədəbi dilinin üslublarınahəsr edilmiş, norma və üslublar haqqında geniş danışılmışdır.

Dərsliyin “Norma və üslublar” bölməsində Azərbaycan ədəbidilinin əsas üslublarından bədii üslub, publisist üslub, elmiüslub, şəriət üslubu və rəsmi-epistolyar üsluba aid nümunələrmüxtəlif yazıçı və şairlərin əsərlərindən mətnlər ilə verilmiş,norma və üslubi baxımdan şərh edilmişdir. Dərsliyin sonunda ardıcılolaraq Azərbaycan Xalq Cümhuriyyəti, həm də sovet dövründəAzərbaycan ədəbi dilinin bütün istiqamətləri ətraflı şəkildəişıqlandırılmışdır.

Dərslik müəllifinin ədəbi dil haqqında birinci kitaba yazdığı“Ön söz”də söylədiyi fikirlər daha diqqətçəkəndir. Bununla bağlı o,yazırdı: “Azərbaycan ədəbi dili qədim və zəngin türk yazılı ədəbidillərindən biridir. O, qədim və zəngin ümumtürk mədəniyyətibazasında, qardaş türk dilləri ilə qarşılıqlı əlaqədə dolğuninkişaf yolu keçmişdir.

Akademik Nizami Cəfərov “Akademik Tofiq Hacıyev (Azərbaycanfilologiyası: inkişafın yeni mərhələsi)” mövzusunda Respublika elmikonfransının materialları 02 noyabr 2016-cı il səh.4 adlıməqaləsində bu barədə yazır: “Tofiq Hacıyevin elmi maraq dairəsininəsasını, heç şübhəsiz Azərbaycan dilinin tarixi təşkil edir ki, busahədə onun gördüyü ilk (və ən fundamental)” iş “XX əsrinəvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda yazdığı doktorluqdissertasiyasıdır.

Bu dərsliklə bağlı filologiya elmləri doktoru, professor ElbrusƏzizov “Tofiq Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləri” adlıməqaləsində yazır: “Ədəbi dilin dövrləşdirilməsində normanındəyişməsi prinsipinin əsas götürülməsi kimi fikri ilk dəfə onun1973-cü ildə Kişinyovda nəşr olunmuş “Azərbaycan ədəbi dilinintarixinin dövrləşməsi problemlərinə dair” adlı məqaləsində özəksini tapmışdır. Müəllif həmin məqalədə Azərbaycan ədəbi dilitarixində 2 dövr müəyyənləşdirir.”

Digər bir dilçi alim, filologiya elmləri doktoru, professorSevil Mehtiyeva isə Tofiq Hacıyevin ədəbi dillə bağlı yazdığıəsərlər haqqında fikrini belə ifadə edir: “Akademik Tofiq HacıyevAzərbaycan, ümumən, türkologiya elminin bütün sahələri üzrə özmükəmməl qələmini sınamış, Azərbaycan ədəbi dili tarixi, tarixiqrammatika, tarixi leksikologiya, üslublar tarixi ... ilə bağlıkitablar, dərsliklər yazmış, Azərbaycan dilinin tarixi sahəsindəçox saylı alim yetişdirmiş, bu sahədə həm də məktəb yaratmışmüəllimdir.”

Filologiya üzrə fəlsəfə doktoru İslam Əliyev isə özünün“Azərbaycan dilinin tarixi üzrə məktəb yaratmış alim” adlıməqaləsində professor Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixiilə bağlı fəaliyyətini aşağıdakı kimi ifadə edir: “Azərbaycan ədəbidilinin təşəkkülü, formalaşması və dövrləşdirilməsi kimi vacibproblemlər Tofiq Hacıyev yaradıcılığının əsasını təşkil edirdi.Filologiya fakültəsində Azərbaycan ədəbi dili tarixi üzrəproqramların, dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasızəhmətkeş və məhsuldar qələm sahibi olan Tofiq Hacıyevin adı iləbağlı idi. Onun “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”(1977), “Azərbaycan ədəbi dili (təşəkkül dövrü)” (1976),“Azərbaycan ədəbi dili tarixi, II hissə” (1987), “XIII-XVI əsrlərədəbi dil tarixi”, “Azərbaycan ədəbi dili tarixi” (1991),“Azərbaycan ədəbi dilinin tarixi” (I və II cildlər, 2012) ... və s.kitabları Tofiq Hacıyevin dil tarixinin bilicisi kimi həmişəaxtarışda olduğunu sübut edən faktlardandır”.

Görkəmli alim, böyük şəxsiyyət, savadlı olub bu sahədə öz sözünüdeməyə şəraiti olmayan gənclərə təmənnasız olaraq köməklikgöstərən, yetirmələrinin uğurlarını öz uğuru hesab edən butəkrarsız insanın – akademik Tofiq İsmayıl oğlu Hacıyevin özündənsonra qoyub getdiyi əsərlərindən hələ neçə-neçə nəsilləryararlanacaq və onun ruhu qarşısında özlərini borclusayacaqlar.

Sərdar Zeynal,

ADPU-nun Müasir Azərbaycan dili kafedrasınınprofessoru

Seçilən
23
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21634
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19414
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17771
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17150
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17022
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16198
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12124
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9678
"Zaur, yenə çaşdın..." - VİDEO
8888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8616
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8059
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7615
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6456
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807