AZ

Ermənistanda yeni QALMAQAL: Delimitasiya ilə bağlı xəritələr silindi

Ermənistan hakimiyyəti son iki gündə yeni termini dövriyyəyə buraxaraq, delimitasiya-demarkasiya prosesindən öncə baş verənləri əvvəlki iqtidarın başına vurmağa çalışır.

Hakimiyyət üzvləri çıxışlarında sərhədi təkrar təyin etdiklərini və ya Alma-Ata bəyannaməsinin nəzərdə tutduğu sərhədi çəkdiklərini vurğulayırlar. Bu arada hakim “Vətəndaş müqaviləsi” fraksiyası üzvləri son vaxtlara qədər Ermənistan-Azərbaycan sərhədinin olmadığını, ilk dəfədir ki, sərhəd çəkdiklərini, Nikol Paşinyan isə bir neçə ildir ki, Ermənistanın kadastr şəhadətnaməsi olduğunu, lakin dövlət sərhədinin olmadığını bəyan edirdilər”.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr xatırladır ki, dünən hakim fraksiyasının deputatı Heriknaz Tiqranyan sərhədin bərpası ilə bağlı bir sıra fikirlər söyləyib.

“Biz Alma-Ata bəyannaməsi çərçivəsində malik olduğumuz sərhədləri bərpa etdik və bir daha təsdiq etdik. Heç bir güzəşt yoxdur, Ermənistan ərazisindən heç nə verilmir”, – nəşr sitat gətirib.
Qəzet iddia edib ki, Ermənistan Milli Məclisində dinləmələr zamanı müxalif “Patev unem” fraksiyasından olan deputat Tiqran Abramyan prosesin aparılması üçün nəzərdə tutulan xəritələrin Kadastr Komitəsindən silindiyini açıqlayıb. Müxalifətçi iddia edib ki, Ermənistan Ədliyyə Nazirliyinin “delimitasiya prosesi Sovet İttifaqının dağılması zamanı mövcud olan hüquqi əsaslandırılmış xəritələr və sənədlər əsasında həyata keçirilir” açıqlaması tamamilə yalandır. Deputat sovet dövründə delimitasiya və demarkasiya işləri ilə bağlı sonuncu aktı – 1988-ci ildə “Ermənistan SSR ilə Azərbaycan SSR-in ayrı-ayrı torpaq istifadəçiləri arasında sərhədlərin tənzimlənməsi haqqında” protokolu xatırladıb. Abramyan bildirib ki, 2022-ci ildə həmin xəritələr Ermənistanın Kadastr Komitəsində saxlanılırdı, lakin indi onlar artıq yoxdur.

Qeyd edək ki, hakim partiyadan iddia ilə bağlı açıqlama yoxdur.

Rafi Müslümov

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq