AZ

Tramp sosial şəbəkələrdəki paylaşımlara görə 9 min dollar cərimələnib

Müəllif:Ayşən İmanova /Banco.az

Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı sosial şəbəkələrdə məhkəmə prosesi ilə bağlı məlumatların dərc edilməsinə qoyulmuş qadağanı pozduğuna görə 9 min dollar dəyərində cərimələyib.

Banco.az xəbər verir ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində şahidlər və məhkəmə prosesinin digər iştirakçıları ilə bağlı mesajlar yerləşdirərək qadağanı doqquz dəfə pozub. Paylaşımlar aprelin 10-dan 17-dək dərc edilib. Onlardan birində Tramp keçmiş vəkili Maykl Koeni yalançı adlandırılıb.

Məlumata görə, məhkəmə keçmiş prezidentin sosial şəbəkələrdəki yeddi “təhqiredici” yazısını və seçki kampaniyasının internet səhifəsində daha iki yazısını  silməyi tapşırıb və yeni qanun pozuntuları aşkar olunarsa, eks-prezidenti həbs etməklə hədələyib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq