AZ

Bakı Forumunda Azərbaycan liderinin mədəniyyətlərarası dialoqa töhfəsi yüksək qiymətləndirilib

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət" mövzusunda plenar sessiyada keçirilib.

“İki sahil”in xəbərinə görə, plenar iclasda Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun təmsilçiləri, Azərbaycan, Macarıstan, İndoneziya, Malayziya, Filippin, Sinqapur və s. dövlətlərin təmsilçiləri çıxış ediblər.

Onlar dünyada sülhün və təhlükəsizliyin təmin olunması, münaqişə risklərinin artması, mədəniyyətlərarası dialoq və tolerantlıq prinsipləri haqqında çıxışlar edib, müzakirələr aparıblar.

İştirakçılar bu cür forumun təşəbbüskarı olan Azərbaycana təşəkkür edib, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqa töhfəsini yüksək qiymətləndiriblər.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla