- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
İran Əfqanıstanla sərhəddə beton divar tikməyə başlayıb.
Bakıvaxtı.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.
Məlumata görə, İran hökuməti Əfqanıstanla sərhədin çəkilməsi planını həyata keçirmək üçün bölgəyə 4 mühəndis qrupu göndərib.
Bununla bağlı İran Ordusunun Quru Qoşunlarının şimal-şərq bölgəsinin hazırlıq və dəstək komandiri Həsən Mukəffi xəbər verib.
Onun sözlərinə görə, planda 4 metrlik beton divarın tikintisi, tikanlı məftillərin və hasarların çəkilməsi nəzərdə tutulub.
Mina Mikayılova