AZ

ÇL: Vinisius Junior son üç mövsümün ən məhsuldar oyunçusudur

UEFA Çempionlar Liqasının “Bayern”lə səfərdə ilk yarımfinal oyunu (2:2) “Real”ın braziliyalı sol vingeri Vinisius Junior üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu bu oyunda biri penaltidən olmaqla, komandasının hər iki qolunun müəllifi olub.

Beləliklə, Vinisius UEFA Çempionlar Liqasının son üç mövsümü ərzində ən səmərəli oyunçudur. Braziliyalı vingerin hesabında 15 qol və 15 məhsuldar ötürmə var – cəmi 30 səmərəli fəaliyyət.

Vinisius həmçinin “Bayern”lə oyunun ən yaxşı oyunçusu seçilib.
“İki qol vura bildiyim üçün çox şadam. İndi evdə sehrli bir gecənin vaxtıdır”, – “The Athletic” dərgisi braziliyalı futbolçunun cavab oyununa kökləndiyini bildirir.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 21 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 259 oyun, 80 qol, 75 məhsuldar ötürmə.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 28 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla