AZ

Qvardiola peşmandır

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola keçmiş yarımmüdafiəçisi İlkay Gündoğanın "Barselona"ya transferinə şərait yaratdığına görə peşmandır.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Mütəxəssis hazırda "şəhərlilər"in heyətində Gündoğanı layiqincə əvəzləyə bilən futbolçunun olmadığını düşünür.

O, 33 yaşlı oyunçunun gedişinə görə klub rəhbərliyini də günahkar hesab edir. Qvardiola düşünür ki, klub həm futbolçunu komandada saxlaya bilməyib, həm də ona yaxşı əvəzləyici tapa bilməyib.

Xatırladaq ki, Gündoğan ötən yay "Mançester Siti" ilə yeni müqavilə imzalamaqdan imtina edib və azad agent kimi "Barselona"ya keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla