AZ

Elçibəyin qadağan etdiyi tarixi gün: O gün Xankəndidə nə baş vermişdi?

1 May günü ilə bağlı bir çox hadisə var ki, tarixdə qalıb. Əksər ölkələr bu günü zəhmətkeşlər günü kimi keçirir. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökuməti və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə 1 May gününü qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, 1992-ci ildə isə Əbülfəz Elçibəyin sərəncamı ilə ölkədə 1 May günün keçirilməsi rəsmən qadağan edilib:

”Qarabağın tarixini bilənlər xatırlayar. 1 May 1988-ci ildə, ermənilərin Azərbaycan əleyhinə etirazlarının başladığı və azərbaycanlıların sürgün edildiyi Xankəndidə sonuncu dəfə Azərbaycan bayrağı (o dövrdə Azərbaycan SSR) minlərlə erməninin gözü önündə 1 May yürüşündə qaldırılıb. Həmin günü dağılmaq üzrə olan sovetlər birliyində bütün respublikalara 1 May gününün keçirilməsi tapşırığı verilmişdi. Ermənilər də bayram nümayişindən sonra şəhərin baş meydanında böyük mitinq keçirməyi planlaşdırmışdı. Tələbləri isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Bütün şüarları bu sözlərdən ibarət idi. Bu mitinqin təşkilatçısı isə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin 1-ci katibi Henrix Poqosyan idi.

1 May günü Xankəndinin baş meydanında hər bir kollektivin sıraları düzlənir, şüarlar, bayraqlar qaldırılır və rəhbərliyinin dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu. Bütün sovet respublikalarının bayrağı orda olmasına baxmayaraq Azərbaycan SSR-nin bayrağına rəsmən qadağan qoyulmuşdu.

Xankəndi Pedaqoji İnstitutunun 60-dan çox müəllim tələbə kollektivinin israrı və təkidi ilə minlərlə ermənilər qarşısında Azərbaycan bayrağı tribunadan keçəndə qaldırıldı. Orda bütün təzyiqlərə və hədə qorxulara baxmayaraq cəsarətli gənclər tərəfindən sonuna qədər aparıldı. Məhz 1 May 1988-ci ildə Azərbaycanı təmsil edən bayraq Xankəndidə sonuncu dəfə dalğalandı. İndi üstündən 36 il keçəndən sonra 1 May 2024-cü ildə müstəqil Azərbaycan Respublikasının üç rəngli bayrağı, Cümhuriyyət bayrağı Xankəndidə, azad şəhərimizdə dalğalanır. Bayrağımız hər zaman ucalarda olsun”.


Müəllif: Əsəd Məmmədəliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23958
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13327
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10842
Helikopter qəzası ilə bağlı yeni xəbər
6467
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4735
Rəisi öldü, Pakistanda matəm elan edildi
4728
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3904
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3737
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3595
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3485
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2940
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2542