AZ

Region Liqasında çıxış edən klubların şikayətinə AFFA rəsmisindən cavab

Region Liqasında çıxış edən klubların yaşadıqları probelmlərə AFFA rəsmisi cavab verib.

“İsmayıllı” klubunun baş məşqçisi Tərlan Vahidov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. 

“AFFA Region Liqasında çıxış edən komandalara oyunbaşına 300 manat vəsait ayırır. Ümumilikdə 10 ədəd top və futbol formaları verir. Yerdə qalan məsələlər isə klubların ixtiyarına buraxılır. Stadionu olmayan komandalar idman kompleksinin ixtiyarında olan meydançada oynamalı olurlar. Gənclər və İdman Nazirliyinin tələblərinə əsasən, idman kompleksinə hər oyun üçün 200 manat ödəniş olunur”.

Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli sorğumuzu cavablandırıb.

“Region Liqasında çıxış edən komandalara hər oyuna (həm ev, həm də səfər) 300 manat verilir. Komandalara iki dəst forma hədiyyə olunur və mövsüm ərzində 10 top verilir. Komandalar Region Liqasında çıxış etmək üçün müraciət etdikləri zaman stadionla bağlı təminat məktubları verirlər. Onlar stadionla bağlı bu təminatları verməsələr, liqaya buraxılmazlar. Yəni bir növ komandaların öhdəliyidir stadion məsələsi. Region Liqasında çıxış etmək istəyən komanda stadionla yanaşı, təhlükəsizliyi təmin etməlidir, həmçinin oyunlarda həkim olmalıdır. Bu Region Liqasında çıxış etmək üçün minimum tələblərdir”, - deyə o bildirib. 

Qeyd edək ki, Region Liqasında mükafatçılara - 1-ci yerə görə 10 min manat, 2-ci yerə görə 5 min manat, 3-cü yerə görə 2 min manat mükafat verilir.

Anar Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla