AZ

Bakıda mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürülüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Seçilən
59
20
Mənbələr
Şərh ()
Bağla