AZ

“Səfirliyin rəhbərsiz qalması Fransanın Azərbaycandan çıxması sayıla bilərdi” -

Xəbər verdiyimiz kimi, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. Aprelin 16-da Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılan diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib. Analitiklər düşünür ki, yenidən Bakıya qayıdan səfirin hansı tapşırıqlar alması bəlli olmasa da, görünür, Fransa rəsmi Bakıya qarşı yürütdüyü siyasətdə dəyişiklik edib. Bununla bağlı millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, Fransanın səfirini yenidən Bakıya göndərməsi Makronun geri addım atması deməkdir: “Fransa aprelin ortalarında Bakıdakı nümayəndəsini geri çağırmaqla, Azərbaycana təzyiq etməyə, bəlkə də Avropa ölkələrinin də eyni addım atmasına çalışırdı. Amma görünən odur ki, bu hərəkat Fransanın siyasi imicinə zərər vurdu, onun Cənubi Qafqazdakı mövqelərini zəiflətdi. Çünki Cənubi Qafqaz ilk növbədə Azərbaycan deməkdir. Ərazinin iqtisadiyyatın əhəmiyyətli hissəsi Azərbaycandır və onun burada diplomatik nümayəndəsinin olmaması Fransanın maraqlarına ciddi zərbə vurur”. Rəsmi Parisin Bakı ilə münasibətləri pisləşdirmək üçün maksimum səylər göstərdiyini xatırladan deputat qeyd edib ki, səfirliyin faktiki olaraq rəhbərsiz qalması Fransanın Azərbaycandan tamam çıxması demək olardı: “Görünür, Azərbaycanın beynəlxalq birlikdəki nüfuzu Fransanı dərindən düşünməyə, ilkin niyyətindən əl çəkməyə məcbur edir. İstərdik ki, Fransa Azərbaycana qarşı obyektiv mövqe tutsun, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsini və qətiyyətini qiymətləndirsin. Belə olan təqdirdə, Fransa Ermənistandan daha çox erməni olmaq niyyətindən əl çəkə bilərdi. Əgər bu baş verərsə, münasibətlərimiz əvvəlki vəziyyətinə qayıda, hətta daha da dərinləşə bilər. Ümumiyyətlə, səfirin geri qayıtmasını Fransanın reallığı qəbul etməsi kimi qiymətləndirmək olar”,- deyə Aydın Mirzəzadə qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23306
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12788
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9222
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5456
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3642
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3559
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3377
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3237
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2982
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2706
Rəisini aparan helikopter belə QƏZAYA DÜŞDÜ! - ANBAAN VİDEO
2604
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2574
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2481
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263