AZ

Məişət zorakılığı qurbanlarına maliyyə dəstəyi

Avstraliyada məişət zorakılığını "milli böhran" olaraq xarakterizə edən Baş nazir Entoni Albanese hökumətin qarşıdakı 5 ildə şiddət qurbanı olan qadın və uşaqlara təxminən 600 milyon dollar yardım edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Albanese, qadınlara, uşaqlara, gənclərə qarşı zorakılığı hədəf alan məzmunun qarşısını almaq üçün yeni tədbirlər görəcəklərini, pornoqrafiya və uşaqları zərərli məzmundan çıxaran texnologiyaların qadağan edilməsi kimi tədbirlərin də gündəmdə olduğunu bildirib.

Yerli səlahiyyətlilərlə görüşdən sonra açıqlama verən Albanese, "Bunu bir problem olaraq aradan qaldırdığımızda xoşbəxt olacağıq" deyib.

Albanese onu da qeyd edib ki, hökumət 3 aydan sonra məsələni yenidən müzakirə etmək üçün bir araya gələcək.

Xatırladaq ki, Avstraliyada qadınlara qarşı zorakılığa diqqət çəkmək üçün aprel ayında ölkə daxilində 17 etiraz aksiyası keçirilib. Melburndakı etiraz aksiyasına təxminən 15 min adamın qatıldığı təxmin edilir.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla