AZ

Polis universiteti mühasirəyə aldı, kütləvi həbslər başladı

Nyu Yorkda polis fələstinlilərin etirazlarına dəstək nümayişi keçirən tələbələrin zəbt etdiyi Kolumbiya Universitetinin Hamilton Hall şəhərciyinə hücuma başlayıb.

Vətəninfo.az Reuters  istinadən xəbər verir ki, polis əvvəlcə universiteti mühasirəyə alıb, sonra isə binaya soxulub.

“Washington Post”un məlumatına görə, qoruyucu geyimdə olan onlarla polis məmuru pilləkənlərə qalxaraq ikinci mərtəbənin pəncərələrindən içəri daxil olub.

Bundan sonra etiraz edən tələbələr əlləri bağlı halda binadan çıxarılıb. New York Times-da mövcud olan məlumatlara görə, Hamilton Hallda 60-a qədər tələbə var idi. Hazırda onlardan neçəsinin polis nəzarətinə götürüldüyü barədə məlumat yoxdur.

Xatırladaq ki, son günlər Amerikanın bir sıra nüfuzlu universitetlərində İsrail əleyhinə nümayişlər keçirilir və bu nümayişlər zamanı bir neçə yüz tələbə həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla