AZ

Polis Akademiyasına qəbul: Ballar enəcək?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bu il Polis Akademiyasına keçid balı 420-430 ətrafında olacağı gözlənilir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Ekspert qeyd edib ki, ümumi statistika çıxdıqdan sonra analiz edərək daha doğru diaqnoz qoymaq mümkündür:

 

“Bu qəbul ilində Polis Akademiyasında plan yerləri əvvəlki illərə görə 2,5 dəfə artırıldı. Bu balların düşməsinə işarədir. Buraxılış imtahanı nəticəsində çox abituriyent yüksək nəticə göstərdi. Bu balların qalxmasına işarədir. Polis Akademiyasına müraciət edən abituriyentlərin hansı bal aralığında olacağını heç kim ehtimal belə edə bilməz.

 

Burda fiziki normativlər, tibbi yoxlanış, mandat, müsahibə mərhələsini keçənlərin sayı da çox önəmlidir. Blok imtahanı nəticəsi və ümumi statistika çox şeyi həll edərək yekun qərarı verməkdə köməklik edəcək. Ehtimal edirəm ki, builki keçid balı 420-430 ətrafında olacaq”.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla