AZ

“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır. Mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir.
 
Pediatr-allerqoloq Sevinc Abdullayeva Moderator.az-a bildirib ki, allergik xəstəliklər yay boyu davam edə bilər.
 
 
“Yazın gəlişindən sonra havalar isinir, təbiət gözəlləşir, insanların çölə çıxması rahatlaşır. Amma bizim üçün yaz allergiyası başlamış hesab olunur. Bu fəsil təxminən bizim ölkəmizdə fevralın son həftəsindən başlayır, mart, aprel, may aylarında da davam edir. Əvvəlcə ağaclar çiçəkləyir, sonra fərqli bitkilər çiçək açmağa başlayır. Bu zaman fərqli allergik xəstəliklər yaranır. Hər uşağın öz allergiyasını bilmək haqqı var. Valideynin də bunu bilmək məcburiyyəti var. Bildikdən sonra həmin çiçəklərin aktiv olduğu bölgələrə səyahət etməmək lazımdır. Yay hələ qarşıdadır. Bir də bəzi ağaclar avqust ayında çiçəkləyəcək. Ağaclara allergiyası olan insanlar bu aralıqda, xüsusilə də küləkli havada parklara, bağlara, yaxud təbiət qoynuna getməsinlər. Bəzi valideynlər düşünür ki, dərman alıb mən filan yerə gedə bilərəm. Təəssüf ki, həmin havada olan allerginlərin miqdarı bizim dərmanın dozasından çox yuxarı olduqları üçün dərman yeganə qoruyucu vasitə deyil. Bu sezonda əgər temperaturunuz olsa da, olmasa da öskürəkləriniz şiddətlidirsə, 3-5 gündən çox davam edirsə, təbiətə çıxdıqda ürəkbulanması, baş ağrısı  və öskürək bura qoşulursa allergik xəstəliklərdən şübhələnmək və həkimə müraciət etmək lazımdır”, - deyə allerqoloq bildirib.
 
Sevinc Abdullayeva bildirib ki, bəzi qidalar da allergiya verə bilər.
 
“Bəzi qidalardan insanlarda səpgi yarana bilər. Qida allergiyalarının narahat olduğumuz tərəfi qida anaflaksiyasının baş verməsidir. Anaflaktik şoka ola bilər, tənəffüsü, təzyiqi dəyişə bilər. Çiyələk bitkisindən də səpgi baş verə bilər. Çiyələyin tərkibində histamin adlı bir maddə var. Daha çox histaminə görə allergiya verir. Bəzən pasiyentlər deyirlər ki, çiyələk allergiyası onun xüsusi maddələrlə yuyulmasına görə də baş verir. Onun çiyələyin yuyulması ilə heç bir əlaqəsi yoxdur. Çiyələyi sirkəli yaxud sodalı suda yumaq bizi sadəcə infeksiyalardan qoruyur. Çünki çiyələk torpaqla təması olan bitkidir. Bunun allergiya ilə heç bir əlaqəsi yoxdur. Çiyələk, şokolad, pomidor və s. məhsulların tərkibində histamin var. Əgər uşaqda çiyələyə qarşı allergiya varsa, çarpaz olaraq onda bəzi qidalara da allergiya yaranır. Qara qarağat, qırmızı qarağat və s. kimi bitkilərə. Allergiyası çox olan insan çiyələyi yeyərsə içindəki histamin burun tutulmasını və burun axmasını artırır. Səpkisi çox olan insan çiyələk yeyərsə səpkisi artar. Çiyələyə şiddətli həssasiyəti olan adam çiyələk yeyər anaflaks olar. Elə insanlar var ki, çiyələyi yeyər gözü şişər. Uşaqlarda çiyələyə qarşı həssaslığın daha çox olduğunu görürük. Böyüdükcə bunun azaldığının şahidi oluruq. Amma elə insan var ki, hər hansı bir qidaya ömür boyu həssaslığı davam edir”, - deyə pediatr-allerqoloq bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23193
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12677
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8829
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5568
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3957
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3612
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3534
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3311
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3197
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2959
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2700
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2557
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143