AZ

“Bu məsələ qarşılıqlı etimadı möhkəmləndirən amil kimi qeyd edilməlidir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Almaniya ilə əlaqələrin həm çoxtərəfli, həm də ikitərəfli əsasda inkişaf etdirilməsi Azərbaycanın Avropa siyasətində mühüm istiqamətlərdən biri olaraq dəyərləndirilə bilər. Xüsusilə də, enerji sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə təkan verən istiqamət olmaqla yanaşı böyük önəm kəsb edir. Heç şübhəsiz ki, Almaniya kansleri Olaf Şoltsun Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarına töhfə vermək cəhdləri və konstruktiv mövqe nümayiş etdirməsi hər zaman dövlət başçımız tərəfindən yüksək qiymətləndirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu məsələ qarşılıqlı etimadı möhkəmləndirən amil olaraq mütləq şəkildə qeyd edilməlidir: “Çünki bizim xarici siyasətimizdə xüsusi önəm kəsb edən əsas məsələ ərazi bütövlüyümüzə və suveren hüquqlarımıza hörmət prinsipinə əsaslanan diplomatik əlaqələrin formlaşdırılmasıdır. Cənab Prezidentin Almaniyaya səfəri çərçivəsində keçirilən görüşlər zamanı verilən mesajlar da bir daha sübut edir ki, Almaniya-Azərbaycan əlaqələri qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan inkişaf dinamikasına sahibdir və gələcək münasibətlərin yol xəritəsi də bir çox strateji sahələri özündə ehtiva edir”.

Politoloq bildirib ki, iqlim dəyişikliyi və yaşıl enerji sahəsində əməkdaşlıq, eləcə də biznes əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət kəsb edir: “Bu nöqteyi-nəzərdən yanaşdıqda həm Avropa İttifaqı ilə əlaqələr fonunda, həm də qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Almaniya ilə münasibətlər Azərbaycan Respublikasının xarici siyasi kursunda önəmli yerə sahib olduğunu əminliklə ifadə edə bilərik”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23263
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12724
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9065
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5454
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3980
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3620
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3543
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3347
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3223
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2975
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2704
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2565
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2479
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2144