- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan Mərkəzi Bankının (AMB) hesablamaları göstərir ki, neytral uçot faiz dərəcəsi 6-7 % aralığındadır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Məntiqlə getsək hələ sərtləşdirmə istiqamətindəyik. Hazırda biz uçot faiz dərəcəsini neytrallaşdırma istiqamətində gedirik. Bu səbəbdən də düşünürük ki, uçot dərəcəsi 7 % səviyyəsində neytraldır. Hazırda 7,25 % təşkil edir. Bu isə AMB-nin hələdə sərt istiqamətdə olduğunu göstərir", - T. Kazımov qeyd edib.
Onun sözlərinə görə, AMB-nin ortamüddətli proqramına əsasən daxli və xarici iqtisadiyyatlarda kəskin dəyişmələr olmasa, "biz parametrləri dəyişməz saxlamağı nəzərdə tuturuq".
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.