AZ

“Naxçıvan Bank”ın səhmdarlarının verəcəyi qərarın maliyyə sektoruna heç bir təsiri olmayacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Naxçıvan Bank”ın portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bu da “Naxçıvan Bank”ın səhmdarlarının qərarına əsasən olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AMB burada hər hansı bir problem görmür.

““Naxçıvan Bank”ın heç bir maliyyə problemi yoxdur. Nə dayanıqlığı, nə hansısa əməliyyat problemi yoxdur. Səhmdarlar bəlkə də hal-hazırda öz strategiyasını düşünürlər. Bazarda qalacaqlarmı, qalacaqlarsa hansı seqmentdə çalışacaqlar, necə böyüyəcəklər? Bank bəlkə portfelini satıb BOKT-a çevriləcək. Bunlar hamısı səhmdarlar tərəfindən müzakirə olunur. Bankın maliyyə balansı çox keyfiyyətlidir, hər hansı maliyyə problemi yoxdur. Onların qərarlarının da maliyyə sektoruna hər hansı təsiri olmayacaq. “Naxçıvan Bank”ın əmanətçilərinin vəsaiti digər banklarda olan əmanətlərin həcmindən kifayət qədər azdır”, - deyə AMB sədri əlavə edib.

Azərbaycanda fəaliyyət göstərən hər hansı bankın bağlanacağı ilə bağlı məsələyə də münasibət bildirən Taleh Kazımov qurumun hər hansı tələbi, sanskiya olduğu təqdirdə elan edildiyini bildirib: “Hal-hazırda hər hansı hansı bir bankla maliyyə sabitliyinə təsir edəcək problemimiz yoxdur”.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla