AZ

Elmi seminar: “Müasir şəraitdə yoluxucu xəstəliklərə epidemioloji nəzarətin təşkili və təkmilləşdirilməsi”

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Müasir şəraitdə yoluxucu xəstəliklərə epidemioloji nəzarətin təşkili və təkmilləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, elmi seminarın açılışını edən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini t.ü.f.d., dosent Rita İsmayılova “Azərbaycanda xüsusi təhlükəli infeksiyalara epidemioloji nəzarətin təşkili xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib.

 

İnstitutun direktoru, professor Adil Allahverdiyev elmi seminarın keçirilməsinin vacibliyini vurğulayıb.

 

Tədbirdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva “Azərbaycanda yoluxucu xəstəliklərə epidemioloji nəzarət üçün elektron müşahidə sisteminin rolu” və institutun Epidemiologiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Lalə Rüstəmova “Yoluxucu xəstəliklərə epidemioloji nəzarətin təşkilinə yeni yanaşmalar” adlı məruzələrlə çıxış ediblər.

 

Elmi seminarın sonunda institutun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov seminar iştirakçılarına təşəkkür edib və məruzəçilərə təşəkkürnamə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla