AZ

AMB sədri inflyasiyaya təsir edən amillərdən danışdı

İllik inflyasiya 0-4% təşkil edir, burda biz ərzaq qiymətlərinin inflyasiyasının 1,1%, qeyri-ərzaq qiymətlərinin inflyasiyasının 1.1%, xidmət inflyasiyasının isə 2.2%, orta və az illik inflyasiya isə 1% təşkil edir.

FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.

İnflyasiyaya təsir edən bir sıra amillərə toxunmaq istərdim. İlk öncə ticari tərəfdaşlarda olan inflyasiya proqnozumuz azalmağa doğru gedir. Ticari tərəfdaşlarda orta çəkili inflyasiyamızın ilin sonunda 0.6% olacağı gözlənilir.

Deflyasiya gözləntilərimiz yoxdur. İlin sonuna 4.2% inflyasiya gözləyirik. 
Ümumilikdə isə 3.5% inflyasiyada 1.6% tələb amillərindən, 2.6% isə təklif amillərindən irəli gəlir. Hər iki amillər atırıcı təsir göstərir. Digər amillər isə 0.7% bəndində azaldıcı təsir göstərir. 

2025-ci ildə proqnoz isə tələb amilləri 1.7%, təklif amilləri isə 2. 5% arıtıcı təsir göstərəcək. Digər amillərin təsiri isə neytraldır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla