AZ

”Rüsvay oldum, indi neyləyəcəm?” – Qadınların QORXUNC KABUSU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son vaxtlar insanların şantaj yolu ilə qorxudulması, bu səbəblə törədilən ağır cinayət hadisələrinə, eləcə də intiharlara tez-tez rast gəlinir.

Təəssüflər olsun ki, şantaja məruz qalanların çoxu qadınlar olur ki, bu da daha çox intim görüntülərin, şəxsi yazışmaların müxtəlif yerlərdə yayılması halı ilə müşahidə olunur. Nə qədər güclü olsa da şantaja məruz qalan qadınlar düşdükləri belə vəziyyətlərdən asanlıqla çıxa bilmir. Mentalitet, “qohum-əqrəba nə deyər”, “el-oba məni daşqalaq edər”, “rüsvay olmaqdansa, qatil olacam” düşüncəsi llə belə “qurban”ların çox vaxt aqibəti ya özünə qəsdlə nəticələnir, ya da cinayətə əl ataraq, qatilə çevrilirlər. Bəs “şantaj” girdabına düşürülən qadınlar vəziyyətdən necə çıxmalıdır ki, nə özlərinə, nə də başqalarına xətər toxundurmasınlar?

Tanınmış psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında şantajın insanlarda yaratdığı psixoloji və tibbi vəziyyəti şərh edib.

“Şantaj olunan tərəf nə qədər mənəvi cəhətdən güclü olsa da, onda kəskin stress reaksiyası qaçılmaz olur. Daha sonra isə bu stress kəskin stress pozuntusu ilə əvəzlənir. Bu hal aylarla davam edən ciddi xəstəlikdir ki, bunun da sonradan ağır fəsadları ortaya çıxır. Psixoloji immuniteti güclü olan soyuqqanlı insanlar ağıllı və taktikalı hərəkət edərək bu durumdan çıxa bilirlər. Buna da ətraf insanların köməyi və özlərinə qarşı dəstəklə nail olurlar. Amma bu vəziyyəti travma ilə yaşayan insanlar da olur”, – deyə o bildirib.

Psixoloq əlavə edib ki, hətta bu travmadan sonra insanlarda ağır simtomplar- düşüncənin pozulması, çaşqınlıq, yüksək oyanıqlıq yaranır. İnsanlarda sayrışan təsəvvürlər başlayır:
“Durmadan beyində “neyləyim”, “necə edəcəm”, “bu vəziyyətdən necə çıxacam” deyə, suallar yaranır. Bu, artıq mücərrəd təfəkkürdür, qərar verməkdə çətinlik çəkməkdir, eyni zamanda mübarizə aparmaq qabiliyyətinin azalmasıdır. Qorxu, təşviş, həyəcan insanı üstələyir, depressiv hal yaşanır və onun yenidən dirçəlməsi çətin olur. Əslində, insanlar sosiallaşmadan təcrid olunur, sonradan özü-özündən yadlaşma yaranır və çarəsiz qalan şəxs daha sonra intihara əl atır. Həmin dönəmdə inanın psixoloji durumu ilə yanaşı tibbi problemləri də üzə çıxır. Titrəmə, tərləmə, keyləşmə, qıcolma, əllərin əsməsi, iştahasızlıq, günlərlə acqalma başlayır. Bunlar da qorxu və təşvişin gətirdiyi tibbi problemlərdir”.

Belə məqamlarda psixoloji immunitetin vacib olduğunu bildirən psixoloq çıxış yollarını göstərib:

“Buna görə də insanlar belə vəziyyətlə üzləşdikləri durumda baş verənləri gizlədib, içində saxlamaq əvəzinə, güvəndikləri insana söyləyərək, düşdükləri durumdan soyuqqanlı şəkildə çıxmalıdır. Bu da psixoloji immunitetə bağlıdır, bunu da şəxs özündə yaratmalıdır. Yəni təkbaşına vəziyytdən çıxış yolu mümkünsüzdür, sosial ətrafın köməyi mütləq lazımdır”.

Cəvahir

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla