AZ

Az qazanıb çox xərcəməyin yolu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ruzanna Bəşirova
Xərclər üzrə konsultant

Çevrəmizdə yüksək maaş almadığı halda geyim, ərzaq və digər ödənişlərini etməyi bacaran insanlar gördükdə bu bizə inandırıcı gəlmir. Bəzən ağlımızdan ya “Bizə maaşını düz demir”, ya da “Başqa gəlir mənbəyi var, biz bilmirik” fikri keçir. Bəli, həm qazandığınızdan daha çox xərcləmək və qənaət etmək mümkündür.

 Bəs bunu necə edək? Sadəcə formulu bilib tətbiq etmək lazımdır. Bunu gündəlik həyatımız üzərindən izah edək.

İstənilən halda çoxlu sayda endirim kampaniyaları ilə rastlaşırıq. Bayram və mövsüm endirimləri, eyni zamanda marketlərin qiymət siyasətindən istifadə edərək büdcəmizə xeyli qənaət edə bilərik.

Marketlərin qiymət siyasəti nədir?

Marketlərin qiymət siyasəti belədir ki, gündəlik tələbat olan məhsulların təxminən 10-15 i ortalama market qiyməti ilə eyni və ya ondan aşağı, digər məhsullar isə normadan daha yuxarı təyin edilir. Buna görə, ərzaq məhsullarını almaq üçün getdiyiniz marketdən digər məhsullar aldığınız zaman daha çox pul xərcləməli oluruq. Ona görə, alış-veriş edərkən marketlərin bu gün ərzində hansı məhsullar üzrə qiymətlərinin sərfəli olduğuna baxmalı və onları həmin gün almalıyıq.

Bazarlıq etmək üçün siyahı tutun

Alış-verişə gedərkən alacaqlarınızın siyahısını tutun. Əgər siyahı olmayacaqsa, bu zaman alış-verişiniz sistemsiz olacaq. Nəzərdə tutuduqlarınız marketdə qarşınıza çıxana qədər nəzərdə tutmadığınız məhsulları də alacaqsınız. Siyahı əsasında alış-veriş etmək daha sərfəli alış-veriş imkanı yaratmış olur.

Bəs bayram və mövsüm endirimlərindən necə faydalana bilərik?

Marketlərin aylıq endirimlərindən yararlanın. Saxlama müddəti çox olan ərzaq məhsullarını bayram endirimlərində sərfəli qiymətə əldə edin. Kimyəvi və təmizlik məhsullarını da eyni qaydada almaq olar. Geyim almaq üçün isə ən sərfəlisi mövsümün sonunda alış-veriş etməkdir. Belə ki, qış və payız geyimlərini qış fəslinin sonu, mövsüm yaz və yay geyimlərini isə yay mövsümünün sonu və qışda əldə etməklə büdcəyə 50-70% qənaət edə bilərsiniz.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla