AZ

Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Milli Məclisin deputatı Əli Məsimli Şəki rayonunun Böyük Dəhnə kəndində seçiciləri ilə görüşüb, vətəndaş qəbulu keçirib.  
 
Moderator.az xəbər verir ki, görüşdə Əli Məsimli Milli Məclisdəki fəaliyyəti barədə seçicilərinə məlumat verib. O, qeyd edib ki,  hər zaman deputat fəaliyyətində başlıca  prioritet istiqamətlərdən biri bu və ya digər məsələlərlə bağlı  seçicilərin mövqelərinin öyrənilməsi olub, və hesab edib ki, təmsilçilik funksiyasının real olaraq, yerinə yetirilməsində bu vacib şərtlərdən biridir. Eyni zamanda bu yanaşma  problemlərin üzə çıxarılması, onların tez və səmərəli şəkildə həllinə dair təklif və işlək mexanizmlərin hazırlanmasında əhəmiyyətli dərəcədə kömək göstərən vasitələrdəndir.
 
Görüşdə müxtəlif sosial qurupları təmsil edən şəxslər iştirak edib, onlar tərəfindən  kəndin su təchizatının yaxşılaşdırılması, işlə təmin edilmə, əlillik dərəcələrinin təyin edilməsi prosesində meydana çıxan problemlər və s. kimi fərdi və ictimai xarakterli məsələlər, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərlə bağlı müraciətlər edilib. 
 
Daha sonra vətəndaşların fərdi şəkildə qəbulu keçirilib, onların problemləri dinlənilib. Bildirilib ki, qarşıdakı günlər ərzində həm seçicilərdə keçirilmiş görüşdə, həm də ki, vətəndaş qəbulu zamanı qaldırılan problemlərlə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər göndəriləcək, onların həlli prosesinə nəzarət ediləcəkdir. 
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla