AZ

Etirazçılar İrəvana gələn iki mühüm yolu bağladılar - FOTOLAR

Ermənistanda vəziyyət gərgin olaraq qalır. News365.az  xəbər verir ki, bu gün radikallar etiraz əlaməti olaraq Spitak-Gümrü avtomobil yolunu bağlayıblar. 

"Mamul" nəşri yazıb ki, yollarda böyük tıxaclar yaranıb. Etirazçılar  Tavuş sakinlərinə dəstək üçün bu addımı atdıqlarını bəyan ediblər. Spitak-Gümrü ilə yanaşı Spitak-İrəvan avtomobil yolu da bağlanıb. Qeyd edilir ki, əraziyə yol polisləri gəlsələr də danışıqların heç bir nəticəsi olmayıb. Bəzi saytlar sürücülərlə etirazçılar arasında davanın olması barədə məlumatlar da yayıblar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla