AZ

Ermənistanla bu tarixdə saziş İMZALANA BİLƏR: “Kreml etiraz etməyəcək” 

“Sentyabrda Azərbaycan və Ermənistan arasında “çərçivə sazişi”nin, yəni baza sənədinin imzalanması mümkündür”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu istiqamtdə ikitərəfli danışıqlar gedir:

 

“Azərbaycanın Ermənistana təqdim etdiyi növbəti təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir. Digər tərəfdən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparması rəsmiləşib. Bu görüşdə bir neçə məsələlər üzərində razılaşma əldə edilməsi gözlənilir. Ermənistanda revanşistlər maksimum çalışır ki, Azərbaycanla gözlənilən razılaşmanın qarşısı alınsın”.

 

Müsahibimiz bildirib ki, məhz erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb:

 

“Kreml isə Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək. Prezident İlham Əliyevin Moskvada Vladimir Putinlə görüşündə bu məsələlər müzakirə olunub. Rusiya bu məsələdə neytral mövqedə qalacaq”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla