AZ

"Mercedes-Benz" avtomobillərinin qiymətini aşağı salmayacağını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Mercedes-Benz" rəqiblərinin qiymət endirimi yarışına qoşulmayacağını bildirib.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı "Mercedes-Benz" yüksək qiymət səviyyələrini qoruyacağını və avtomobil sənayesində cərəyan edən endirim tendensiyasından uzaq duracağını açıqlayıb.

Şirkət açıqlamasında birinci rübdə faiz və vergilərdən əvvəlki mənfəətinin 30 faiz azalaraq 3,86 milyard avroya (4,13 milyard dollar) düşdüyünü bildirib.

Həmçinin qeyd olunub ki, qrupun "Mercedes-Benz" Avtomobil bölməsində satış gəlirinin əvvəlki ilə nisbətən 14,9 faizdən 9,6 faizə, avtomobil satışlarının isə 8 faiz azalaraq 462 min 978 ədədə düşdüyü hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla