AZ

AMB sədri: "30 minədək olan əmanətlər vergidən azaddır"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

30 minədək olan əmanətlər vergidən azaddır və biz təklif etdik ki, 18 aya qədər olan əmanatləri vergidən azad edək.

FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki,  bizim əsas alətimiz məcburi ehtiyatların normasına yenidən baxılması idi. Biz pul bazarının artımını gözləyirdik,  buna görə də noyabrın sonlarında pul bazasının artırılmasını nəzərdə saxladıq.

Kredit portfeli 3 ay ərzində 4% artıb. Biz maliyyə, xüsüsilə də bank sektorunun kreditləşməsində hansısa azalmalar müşahidə etmirik.

Kredit faizləri artmayıb. Bizim statisitika onu göstərir ki, kredit faizləri artmayıb. Hüquqi şəxslərə 11.1%, fiziki şəxslərə 19.2%,  ipoteka kreditləri istisna olmaqla, 16.6% isə kiçik və mikro sahibkarlara verilən kreditlər təşkil edib. 

Depozitlərə gəlincə, hüquqi şəxslərdə 6%, 9.3%i isə fiziki şəxslərdə. 

Məcburi ehtiyatların artırılması ilə depozit sahəsində bankların rəqabətliliyi artır.

"Biz keçən ilin sonlarında məcbur ehtiyatlara yenidən baxdıq. Banklara təklif etdik ki, likvidliyin artırılması üçün depozit faizlərini artırsınlar. Bu o demək deyil ki, banklarda likvidlik aşağıdır. Sadəcə likvidliyin daha da artması üçün bu təklifi etdik. Depozit faizləri artsa da, kredit faizlərinə artım olmayıb". - deyə AMB əsdi bildirib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla