AZ

Yeyib-doyduq indi isə hesabı ödəmək lazımdır: Kafe və restoranlarda qiymətlər niyə bahadır? - Açıqlama

Yeyib-doyduq indi isə hesabı ödəmək lazımdır: Kafe və restoranlarda qiymətlər niyə bahadır? - Açıqlama

Hazırda Azərbaycanda həm vətəndaş həm də tursitləri maraqlandıran əsas obyektlərdən biri də restoran və kafelərdir. Son zamanlar kafe və restoranlarda müəyyən qiymət artımı müşahidə edilir. Bu sektorda yüksək xidmət, normal qiymət, məhsulların keyfiyyəti və müştərinin hüquqları var. Bəs görəsən son zamanlar olan bu qiymət artımın səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Sonxeber.az-a aıqlama verib.
Yeyib-doyduqİqtisadçı bildirib ki, təklif və tələb arasında olan mövcud vəziyyət kafe və restoranlardakı hazırki qiyməti formalaşdırır:

"Ölkəmizdə rəqabətin ən yüksək səviyyədə olduğu sahələrdən biri taksi xidmətidirsə, digəri də iaşə müəssisələri, kafe və restaranlarda olan qiymətlərdir. Qiymətlər yuxarı ola bilər. Amma bunu rəqabət formalaşdırır. Qiymət insanları razı salmayacağı təqdirdə, vətəndaş həmin kafe və restoranlara getmir. Amma kafe və restoranlarda qiymət bu qədər yüksək olmasına baxmayaraq, yenə də müştəri bolluğu yaşanır. Deməli bu sahəyə tələb var.

Sadəcə olaraq təklif və tələb arasında olan mövcud vəziyyət kafe və restoranlardakı hazırki qiyməti formalaşdırır. Servis haqqı ilə bağlı menyuda qeyd aparılıbsa, burada hüquqi pozuntudan söhbət gedə bilməz. Heç bir restoran müştərini məcburi şəkildə masası arxasına dəvət etmir. İnsanlar qiymətlər ilə tanış olurlar. Qiymətlərin aşağı enməsi üçün xidmət təklif edən subyektlərin sayının artırılmasına ehtiyac var. Yəni tələb çoxdur. Təklif tələbi o qədər də qarşılamır. Bu da kafe və restoranlarda qiymət artımına gətirib çıxarır".
Gülcahan Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla