AZ

Seriyalarda vəziyyət gərginləşdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

MBA-da bu gecə 3 oyun baş tutub. Seriyada geridə olan komandalar qalib gəlməklə intriqanı bərpa ediblər.

“Filadelfiya Siksers” Nyu-Yorkda qələbə qazanıb. Oyunun taleyi overtaymda həll edilib – 112:106. Qonaq komandanın qələbəsində Maksinin 46 xalı önəmli olub. Meydan sahiblərindən Branson 40 xal yığıb. Bu oyundan sonra seriyada hesab 3:2 “Nyu-York Niks”in xeyrinədir.

Yannis Antetokumbo və Demian Lillardın zədəsinə baxmayaraq, “Miluoki  Baks” təslim olmaq fikrində deyil. Bu dəfə evdə “İndiana Peysers”i məğlub etmək mümkün olub – 115:92. Bu qələbə sayəsində ümumi hesab 3:2 olub. Öndə olan İndiana komandası növbəti oyunu evdə keçirəcək.

“Klivlend Kavalers” – “Orlando Mecik” qarşılaşması da gərgin alınıb. Meydan sahibləri 104:103 qalib gəlməklə seriyada yenidən önə keçiblər – 3:2. Florida komandasında paolo Bankero 39 xal toplayıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla