AZ

"Dünya rəhbərləri daha da mərhəmətli olmalıdır" - Ramos

Dünyada insanların bir-birinə etimadı azalır. Müxtəlif cəmiyyətlərdə parçalanmaları müşahidə edirik. Biz tələbatları prioritetləşdirməliyik. Digərlərinin hislərini anlamalıyıq. İrəliyə doğru aparan yol bir-birimizi anlamağımızdan keçir.

Teleqraf.com xəbər verir ki, bu sözləri UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dünya rəhbərləri daha da mərhəmətli olmalıdır. "Biz bütün dünyada mərhəmətli liderlərdən ibarət bir nəsil yaratmağa çalışmalıyıq".

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla