AZ

Nyu-Yorkda Fələstinə dəstək aksiyasında 100 nəfər saxlanılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Nyu-Yorkda Kolumbiya Universitetində Fələstin tərəfdarlarının etirazları zamanı 100-ə yaxın adam saxlanılıb.

Herbiand.az xəbər verir ki, bu barədə NBC News şəhər polis nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, axşam saatlarında universitet tələbələrin qurduğu çadır şəhərciyindən təmizlənib.  

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, gözyaşardıcı qazdan istifadə olunmayıb, lakin polis içəri girəndə diqqəti yayındırmaq nəzərdə tutulan sursatlardan istifadə edilib.

Nüfuzlu Amerika universitetlərinin kampusları son günlər İsrailin Qəzza zolağında çoxsaylı mülki itkilər və ABŞ-ın müttəfiqinə yardımı ilə keçirdiyi əməliyyatla bağlı qəzəbin episentrinə çevrilib. Etirazlar ABŞ-ın İsrailə yeni yardım paketini təsdiqləməsi fonunda güclənib.

Herbiand.az

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla