AZ

“Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi keçirilib - FOTO

Kanoe və avarçəkmə üzrə “Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

İdman.bizin yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Suqovuşanda baş tutan tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AGAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, baş katibi Azər Əliyev, gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan yarışın açılış mərasimdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra yarışda iştirak edəcək komandalar iştirakçılara təqdim edilib.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov iştirakçılara uğurlar arzulayıb: “Prezident kuboku-2024” beynəlxalq reqatasında 21 ölkədən 30-a yaxın komanda iştirak edir. Bu isə bu yarış tarixində rekord nəticədir. Öncə akademik avarçəkmə üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təqdim etdik. Bu bizim üçün böyük bir nəticədir. Avarçəkmə üzrə son lisenziyamı 2016-ci ildə əldə olunmuşdu. Bu səbəbdən bu il qazanılan lisenziya böyük uğurdur. Buna görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hər bir əməkdaşına dərin təşəkkürlərimizi bildiririk”.

AKAF-ın baş katibi Fərhad Əliyev “Prezident-kuboku-2024”na bu il də Suqovuşanda start veriləcəyini vurğulayıb: “Yarışlarımız mayın 2-3-da Mingəçevirdə davam edəcək. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan reqatada xeyli sayda komanda iştirak edir. İnanırıq ki, 3 gün ərzində maraqlı mübarizə izləyəcəyik”.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 44 günlük Vətən müharibəsində ilk azad olunan ərazilərdən birinin Suqovuşan olduğunu və ilk yarışın da məhz burada baş tutduğunu xatırladıb: “İki il öncə təkcə bir neçə ölkənin iştirakı ilə baş tutan reqatada bu gün böyük bir heyət mübarizə aparacaq. Ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu yarış növbəti illərdə də uğurla keçiriləcək və iştirakçı sayı artacaq. İki ay yarımdan sonra Parisdə Yay Olimpiya Oyunları başlayacaq. Avarçəkənimizin lisenziya qazanması münasibəti ilə hamını təbrik edirəm”.

O, ardınca yarışı açıq elan edib.

4 gün davam edəcək reqatada 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

Qeyd edək ki, Suqovuşan su anbarında 200 və 500 m məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:
Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21420
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19369
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17710
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17002
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16818
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16118
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15569
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11291
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9451
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8502
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8026
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7570
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7196
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6407
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5797