AZ

“Şər üçbucağı” Azərbaycana qarşı: İran Ermənistandan sonra o ölkə ilə də anlaşdı

Fransa üzdə digər Qərb ölkələri ilə ittifaqda olsa da, bir sıra hallarda Qərbin rəqibləri ilə əməkdaşlıqdan çəkinmir. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Qərb dövlətlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırarkən, Parisin İrəvandakı səfiri Ermənistanın təhlükəsizliyi mövzusunda Tehranla əməkdaşlıq etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri istisna etmirlər ki, Fransanın Ermənistana göndərdiyi hərbi texnikaların bir qismi İran üzərindən İrəvana çatdırılıb:

“ABŞ və Avropa İttifaqı ölkələrinin Çinlə münasibətlərində xeyli problem var. Buna baxmayaraq, Paris Pekinlə də əməkdaşlığı inkişaf etdirməyin yollarını arayır. Buna misal olaraq Fransa Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu hərbi əməkdaşlıq üçün yeni mexanizm yaratdığını söyləmək olar. “South China Morning Post” yazır ki, iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimad və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyə birgə töhfə verəcək.

Belə çıxır ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Avstraliya, Yeni Zelandiya və Çinə qonşu olan digər dövlətlər Pekinin qərarlarından narahat olarkən, Fransa Çinlə hərbi əməkdaşlıq mexanizmlərini müzakirə edir. Ancaq bu iki ölkənin rəqabət etdiyi bölgələr də var.

Çin Afrikada Fransanın sıxışdırılmasından istifadə etməyə çalışır. Çin təkcə Afrikanın ən böyük ticarət tərəfdaşı deyil, həm də onun ən böyük ikitərəfli kreditorudur. Son 15 ildə Çin və Afrika ölkələri arasında ticarət 282.1 milyard dollara çatıb. Çinin ixracının böyük hissəsi Cənubi Afrika, Anqola və Konqoya yönəlib. Nigeriya isə Çin mallarının ən böyük idxalçısıdır.

Afrikanın böyük təbii ehtiyatlarına və strateji infrastrukturuna çıxış üçün Çin və qitə dövlətləri arasında müxtəlif ikitərəfli müqavilələr imzalanıb. Çin şirkətləri Afrikanın infrastruktur müqavilələrinin 31 faizində iştirak edir. Bu, əsasən köhnə ticarət marşrutlarını - İpək Yolunu (quru və dəniz) canlandırmaq məqsədi daşıyan Çinin “Bir Kəmər, Bir Yol” layihəsi tərəfindən dəstəklənir. Çin Keniyada dəmir yolları, Cibuti və Nigeriyadakı limanlar kimi bir neçə meqalayihəni maliyyələşdirib”.

Məqalədə qeyd olunur ki, Fransa Çinin Afrikadakı fəallığını əngəlləyə bilmir:

“Buna baxmayaraq, Afrika ölkələrinin Çinə artan borcları Parisdə məmnuniyyətlə qarşılanır. Fransada düşünürlər ki, Afrika ölkələrinin Çinlə münasibətləri gərginləşərsə, həmin dövlətlər yenidən Parislə əməkdaşlığa üstünlük verə bilər. Ancaq Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24367
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13711
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11921
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8587
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6192
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5806
Rəisi öldü, Pakistanda matəm elan edildi
5796
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5609
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4040
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3906
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3829
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3624
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3463
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3162
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2819
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2594