AZ

Əfsanənin doğma publika qarşısında son oyunu

İspaniyalı əfsanə Rafael Nadal Madrid turniri ilə vidalaşıb. 1/8 final mərhələsində o, çexiyalı Tomaş Legeçkaya məğlub olub – 5:7, 4:6. Bu da onun doğma publika qarşısında son oyunu olub.

Xatırladaq ki, ispan tennisçi mövsümün sonunda karyerasını yekunlaşdıracaq.

Əfsanənin oyunlarını canlı izləmək üçün bütün görüşlərində məşhur insanlar olub. Rafaelin əsas azarkeşlərindən biri , Madrid “Real”ının əfsanəsi Raul hər oyunu tribunadan izləyib. Ondan başqa , tribunalrada İspaniya kralı Felipeni, Zinəddin Zidanı, Xulio Salinası, Dieqo Simeoneni, Rudi Fernandesi, Karlos Saynsı, Felesiano Lopesi və digərlərini görmək mümkün olub.

Əlavə edək ki, Legeçka bu qələbədn sonra rusiyalı Daniil Medvedevə rəqib olub. Digər oyunda Karlos Alkaras Ştruffa qalib gəlməklə ¼ finala yüksəlib. Xatırladaq ki, keçən ilin finalında da bu tennisçilərin oyunu eyni nəticə ilə başa çatmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla