AZ

3-cü iclas...

Sülhə daha bir dəstək Dohadan gəldi

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin Doha şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak edib. Tədbirdə çıxışı zamanı Azərbaycanın tarixi və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və Ərəb ölkələri ilə diplomatik və iqtisadi münasibətlərin inkişaf perspektivlərindən bəhs edən nazir Ceyhun Bayramov, Forum çərçivəsində aparılan müzakirələrin müxtəlif, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi üzrə əməkdaşlıqla bağlı konkret yol xəritəsinin formalaşmasına töhfə verdiyini qeyd edib. Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyatların qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazır olduğu vurğulanıb.

Nazir Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi, infrastruktur imkanları və biznes yönümlü şəraitinin regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz kimi diqqət çəkdiyi bildirib. Xüsusilə, geniş alternativ enerji potensialına malik olan ölkəmizin bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin alternativ enerji ixracı, habelə Avropanın enerji təhlükəsizliyinə daha bir töhfəsi ola biləcək Qara Dəniz Sualtı Kabel təşəbbüsünün irəlilədilməsindən bəhs edən nazir bu layihədə həmçinin digər Xəzər hövzəsi ölkələrinin iştirakı üçün potensialın olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən bəhs edən Ceyhun Bayramov, COP29 sədrliyimiz zamanı ölkəmizin Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı olduğunu bildirib. COP29-un öz növbəsində Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün platforma ola biləcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib. Ölkəmizin tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.

Yaxın Şərqdə mövcud gərginliyin davam etməsinin dərin narahatlıq mənbəyi olaraq qaldığını diqqətə çatdıran nazir “iki dövlət” formulası əsasında münaqişənin ədalətli və dayanıqlı həllinin vacibliyinə inandığımızı, eyni zamanda, Fələstin xalqı üçün münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün tərəfimizdən davamlı dəstəyin göstərildiyini diqqətə çatdırıb.

Sonda Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası - Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və nəticələrə yönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib. Doha Bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.

Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara əsaslanan qarşılıqlı dəstək və əlaqəlındirilməyə çağırış olunub. Eləcə də Azərbaycanın 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.

Doha Bəyannaməsi, eyni zamanda, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.

Eyni zamanda, Bəyannamədə ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldə edilməsində uğurlar arzu olunub. Sənəddə, həmçinin Azərbaycan və Mərkəzi Asiyanı əlaqələndirən “yaşıl enerji” dəhlizinin iqlim dəyişikliyi ilə mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində əhəmiyyəti təqdir edilib.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun ilk iclası 2014-cü il mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, ikincisi isə 2016-cı il oktyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə keçirilib.

N.BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23701
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13208
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10506
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Helikopter qəzası ilə bağlı yeni xəbər
5768
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5691
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5525
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4444
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4211
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3831
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3692
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3526
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3067
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2793
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2763
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2535