AZ

Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub.

seher.media xəbər verir ki, tədbirdə icma rəhbərliyi və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla bütün işini bu istiqamətə kökləyib.

Sədr qeyd edib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün lazımi şəraitlə təchiz olunub.

Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu televiziyanın fəaliyyətinə uğurlar diləyib, kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Açılışın rəmzi simvolu olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfüqar jurnalistlərə açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Belə ki, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq:

“Üstəlik, həftə ərzində yarımsaatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Televiziyada ənənəvi “Müzakirə vaxtı”, “Xəbər buraxılışı”, “İnsan hekayəsi” kimi verilişlərlə yanaşı, ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə”, o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi proqramlar da yayımlanacaq. Televiziya binasında sözügedən verilişlərin çəkilişi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24513
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13894
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12442
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9472
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6658
Rəisi öldü, Pakistanda matəm elan edildi
6276
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5859
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5629
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5063
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4116
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4068
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3895
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3682
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3548
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3204
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797