AZ

Xətaidə obyekt boruların üzərində tikildi - Qanunsuz olduğu rəsmi formada bildirilsə də, tədbir görülmür - FOTO

Bakının Xətai rayonu, Sadıqcan küçəsi 4a ünvanında binaların arasında tikilmiş  qanunsuz obyektin "Azəristilik" borularının üzərində tikilməsi ilə bağlı məsələ gündəmdədir.

 

Pravda.az bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə sorğu ünvanlayıb.

 

Komitədən bildirilib ki, qanunsuz tikinti ilə bağlı aidiyyəti üzrə qurumlara tədbir görülməsi barədə bildirilib:

 

"Şəkillərdən də görünür ki, ərazidə mövcud qanunsuz obyekt var. Bizim tərəfimizdən tikintiyə icazə sənədi verilməyib. Bina özbaşına tikintidir".

 

Qurumun açıqlamasından suallar ortaya çıxır. Tikintiyə icazə sənədi verilməsə belə, binanın tikintisi həyata keçirildiyi dönəmdə müvafiq qaydada tikintini dayandırmalı, söküntü işləri aparılmalı deyildimi?

 

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanovun isə "bu saat baxıb, indi sizə məlumat verəcəyəm" deməsindən bir gün ötüb, icra rəsmisi hələ də geri dönüş etməyib.

 

Sözügedən obyektin tikilməsində aidiyyəti dövlət qurumlarının da marağının olduğu şübhəsi yaranır...

 

Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 1 May 2024, 10:05   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla