AZ

AMB uçot dərəcəsini yenə azaltdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini azaldıb.

“Qafqazinfo” bu barədə AMB məlumat yayıb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib.

Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlayıb.

Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla