AZ

Britaniya açıqladı: Rusiya kimi düşmənlərin...

Böyük Britaniya Avropanın yeni “Sky Shield” ("Səmavi Qalxan")hava hücumundan müdafiə sisteminə qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qrant Şapps deyib.

Məlumata görə, bu, Rusiya ilə mübarizə aparmaq məqsədi daşıyır.

Şapps Britaniyanın "Səmavi Qalxana" qoşulması ilə bağlı danışıqlar faktını təsdiqləyib:

“Layihə Rusiya kimi düşmənlərin raket və dron zərbələrini məğlub etmək üçün lazımdır”.

Nazirin sözlərinə görə, London avropalı tərəfdaşlarla işin ilkin mərhələsindədir.

Layihənin həyata keçirilməsi üçün mümkün variantları axtarıldığını bildirib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla