AZ

Daniele Ruqani “Yuventus”la vidalaşır? - Agenti açıqladı

İtaliyanın “Yuventus” klubu mərkəz müdafiəçisi Daniele Ruqani ilə mövcud müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Arena.az xəbər verir ki, bu barədə Daniele Ruqaninin maraqlarını təmsil edən futbolçu agenti Davide Torçia İtaliya mətbuatına açıqlamasında bildirib.

Daha əvvəl mətbuatda, futbolçunun “Yuventus”da qalmaq üçün maaşının azaldılmasına razılaşdığı açıqlanmışdı. Torçia müştərisinin Turin klubu ilə müqaviləsinin müddətinin mümkün uzadılması haqda açıqlamasında bunları söyləyib:

“Biz ümumi gələcəyimizə inamla doluyuq. Artıq müsbət ruhda başa çatmış görüşümüz olub. İndi biz komandanın gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmasını gözləyirik, çünki o vaxta qədər “Yuventus” bir sıra məsələlərin həllini dayandırıb. Yenə deyirəm, biz bu məsələdə tam əminik”, deyə futbolçunun agenti inamla bildirib.

Xatırladaq ki, Daniele Ruqani İtaliyanın digər klubu “Empoli”nin yetirməsidir. O, 2012-ci ildə icarə əsasında “Yuventus”un U-19 komandasına cəlb olunub. 2015-ci ildə isə Turin klubu 4,2 milyon avro ödəməklə italyan müdafiəçini transfer edib. “Yuventus” vaxtilə onu “Empoli”nin özünə, həmçinin “Renn” və “Kalyari”yə icarəyə də verib.

Ruqani “Yuventus”un əsas komandasında 146 oyun keçirib. 29 yaşlı müdafiəçi bu oyunlarda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Danielenin Turin klubu ilə indiki müaviləsinni müddəti bu mövsümün sonuna – iyunun 30-na qədərdir.

İtaliyan futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib. 2016-cı ildə əsas millidə debüt etmiş müdafiəçi İtaliya yığmasının heyətində 7 oyun keçirib.

“Transfermarkt” internet-portalı 29 yaşlı italyan müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla