AZ

“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ötən gün “Kapital Bank”a aid Birbank tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub. 

“Yeni Sabah”ın məlumatına görə, Birbank tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada  bankın müştərilərinin etirazı ilə qarşılanıb. 

Bankın müştərilərindən biri qeyd edib ki, təhlükəsizlik səbəbiylə debet kartında saxladığı vəsaitə limit müəyyən  edib. Anasının təcili əməliyyatı üçün kassada ödəniş edərkən birdən məlum olub ki, tətbiq işləmir. Bu isə Birbank-a etibarı azaldır.  

“Anam təcili əməliyyat olunmalı idi. Ödəniş üçün bütün pulu debet kartıma yüklədim. Təhlükəsizlik səbəbiylə karta limit qoydum. Ödəniş etmək istəyərkən tətbiqdən limiti qaldırmaq istədim. Amma proqram işləmədi. Dost-tanışlar nağd pul gətirdilər. Daha sonra proqram işləməyə başladı. Çətin gündə məni çətin durumda qoydunuz. Bir daha etibar edib sizin kartda pul saxlamaram”- bank müştərisi əlavə edib. 

Ümumilikdə, Birbank müştəriləri qeyd edirlər ki, bu kimi hallar tez-tez, xüsusilə də ay sonlarında təkrarlanır. Öncədən isə bununla bağlı xəbərdarlıq edilmir. Ən böyük müştəri bazası olan bank texniki, profilaktik işlər gecə saatlarında aparılmalı olduğu halda, gündüz edir. 


Telegram kanalımız
Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla