AZ

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Xarici ticarət dövriyyəsində azalmalarla yanaşı, eyni zamanda biz qeyri-neft-qaz ixracatında azalmaları müşahidə edirik. Qeyri-neft-qaz ixracında azalma heç bir halda arzuolunan deyil.
Bu sözləri BUTA.TV-a iqtisadçı, millət vəkili Vüqar Bayramov bu ilin ilk iki ayında xarici ticarət dövriyyəsinin azalmasının ölkə iqtisadiyyatına təsirləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, azalma qeyri-neft sektorunda məhsul istehsalına təsirsiz ötüşməyib: “Nəzərə alsaq ki, Azərbaycanın bu ilin ilk iki ayında qeyri-neft məhsullarının ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq, 455 milyon dollar olub. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. Gözlənilir ki, idxaldakı azalma növbəti aylarda kompensasiya olunacaq. Çünki ixracatda azalma birbaşa idxala tələblə bağlıdır. Ona görə o azalmanın kompensasiya olması gözlənilir. Ümumiyyətlə, idxal ölkədən valyuta apardığına görə, idxalın azalması və ya əvəzlənməsi tam məqsədəuyğundur. Çünki bu məsələ valyutanın ölkədə qalmasına gətirib çıxardır”. Ekspert qeyd edib ki, mənfi təsirlərin azaldılması üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var:

“Qeyri-neft ixracatının artırılması üçün birmənalı şəkildə keyfiyyət standartlarının tətbiq edilməsi, xüsusən də Ümumdünya Ticarət Təşkilatı və Avropa standartlarına uyğun yeni standartların tətbiqinə ehtiyac var. Bu sahədə stimullaşdırıcı tədbirlərin və alətlərin daha geniş istifadə edilməsi də vacibdir. Xüsusən dəyər zəncirinə uyğun olaraq, vergi güzəştlərinin tətbiq edilməsi, digər stimullaşdırıcı alətlərdən istifadə olduqca mühümdür ki, bu, nəticə etibarı ilə qeyri-neft ixracatını bütövlükdə qeyri-neft sektorunun daha çox məhsul istehsalına nail olmasını stimullaşdıra bilsin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22367
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12284
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
7020
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5488
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5390
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3865
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3485
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3319
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3172
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2939
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2902
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2689
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2491
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2402
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2038
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2008