AZ

Şahmat üzrə Avropa çempionı Ülviyyə vətənə qayıdıb –"Qızıl medalla qayıtmaq qürurvericidir"

Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva Vətənə dönüb.

İdmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

“Yarış mənim üçün gərgin keçdi”- deyə  AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.

O, yarışın gərgin keçdiyini bildirib: “Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm”.

Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: “Bu, fərdi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım”.

İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: “İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24048
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13428
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11086
Helikopter qəzası ilə bağlı yeni xəbər
7084
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5738
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5554
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5117
Rəisi öldü, Pakistanda matəm elan edildi
4982
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3930
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3756
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3642
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3517
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3082
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3068
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2770
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543