AZ

“Tarixdə bu gün”- Mayın ilk günü necə xatırlanır?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

1 may tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

1 May Beynəlxalq Əmək Günüdür:

 

Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu tarixin simvolu isə 1 May bayramıdır.

 

1 may 1840-cı ildə  ilk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılıb:

 

 İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin adı ilə bağlayırlar. 

 

1 may 1934-cü ildə Azərbaycanın tanınmış yazıçısı İsi Məlikzadə dünyaya gəlib:

 

Yaradıcılıq üslubuna görə novator yazıçılardan sayılan İ.Məlikzadənin əsərlərində milli kolorit özünü qabarıq büruzə verir. (1934-1995)

 

1 may XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tarixi romanlar müəllifi, yazıçı və publisit Məmməd Səid Ordubadinin xatirə günüdür:

 

M.S.Ordubadi 1930-1940-cı illərdə yazdığı “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” əsərlərilə Azərbaycan ədəbiyyatına tarixi romanlar bəxş edib. O həm də “Koroğlu”, “Nizami”, “Nərgiz” operaları və “Beş manatlıq gəlin”, “Ürəkçalanlar” musiqili komediyalarının müəllifidir. (1872-1950)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla