AZ

Potaş - Furqanın yeni hekayəsi

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Furqanın "Potaş" hekayəsini təqdim edir.

Bu adı ona hər gün kölgəsindəki skamyada oturub toyuq dönəri yeyən iki oğlandan biri qoymuşdu. İlk dəfə idi ki, hansısa zeytun ağacına “Mahmud” adı qoyulurdu.

Mahmud o iki oğlanın sinif yoldaşı idi. İmkanlı ailənin uşağı olan Mahmudun çantasına anası hər gün zeytun tutması qoyurdu. Çantasında heç nəyi olmasa da, balaca qabda zeytunu və iki-üç dilim çörəyi olurdu. Böyük tənəffüs olan kimi çörəklə zeytun yeyən Mahmuda sinif yoldaşları daha lağ da eləmirdilər. Lağ edib yorulmuşdular. Yorulandan sonra da həmin zeytun ağacına Mahmudun adını vermişdilər. Nə qəribə?! Mahmud bunu eşidib çox sevinmişdi. Ondan sonra yediyi zeytunlara ayrı cür baxırdı. Öncə doğmasıymış kimi əzizləyir, sonra yeyirdi.

Ağac Mahmudun isə xəbəri yox idi ki, mağazalarda balaca dəmir qutularda balaları od qiymətinə satılır. O, elə bilirdi ki, balalarını yeyən yoxdu. Balaları zəhər dadır deyə özünü xoşbəxt hiss edirdi. Ağac Mahmudun bircə istəyi vardı və o istək gəzmək deyildi, dönər yemək idi. Çünki hər gün böyük tənəffüs olan kimi o iki oğlan uşağı gəlib ağac Mahmudun kölgəsindəki skamyada otururdular və əllərindəki dönərin iyi ağac Mahmudu dəli edirdi. Dili yox idi deyə ki, mən də dönər yemək istəyirəm. Heç dönər yeməyə ağzı da yox idi.

Bir gün dönər yeyən o iki oğlandan biri həmin skamyada oturarkən dostuna dedi:

- Nə var Mahmud kimi yaşamağa?! Papanın gül balasıdı. Nə istəyir, alırlar. Dərs oxumur, amma müəllimlər qiymətini yazır. Elə yaşamağa nə var?!

Kefdədi zalımın oğlu.

Dostu da təsdiqlədi:

- Vallah mən Mahmudun yaşadığı kimi əlli ömür yaşayaram, “uf” da demərəm.

- Mən lap yüzünü yaşayaram.

- Onun yediyi zeytunun pulu mənim atamın maaşından çoxdu. Adam gündə nə qədər zeytun yeyər?!

Ağac Mahmud eşitdiklərinə inanmadı. Adını daşıdığı adam onun balalarını yeyir? Necə yəni? Acı zəqqum kimi olan zeytunu - onun balalarını necə yemək olar? Ağac Mahmud ömründə ilk dəfə gəzmək istədi. Gedib adaşını tapmaq, eşitdiklərinin doğru olub-olmadığını soruşmaq istədi. Belə bir şey necə ola bilərdi ki?

Amma ağac Mahmud hardan biləydi ki, dünyada adına “potaş” deyilən bir maddə var və həmin maddə onun balalarına necə olmazın zülmlər verir, işgəncələr çəkdirir? Acısı çıxanacan, günlərlə hansı proseslərdən keçir onun balaları?!

Heç bundan şagird Mahmudun da xəbəri yox idi. Yediyi zeytunlar onların evinə hazır gəlirdi. Qabın içində.

Skamyada oturub dönər yeyən iki dostun başı söhbətə qarışdı və bir də onda ayıldılar ki, zəng vurulub, dönərin yarısı yeyilməmiş qalıb. Dönərləri öncə kağıza bükdülər, sonra polietilen torbaya qoyub ağac Mahmudun bir budağından asdılar və məktəb binasına doğru qaçdılar.

Ağac Mahmud eşitdiklərinin təsirindən hələ ayılmamışdı. Balaları haqqında danışılanların doğru olub-olmadığını necə dəqiqləşdirəcəyini də bilmirdi. Bir yandan da budağından asılmış dönərin iyi ona pis təsir edirdi. Əlindən gəlsəydi, başını götürüb harasa gedərdi. Lap bir mağazaya gedərdi. Baxıb görərdi ki, doğrudan da mağazada onun balaları satılırmı? Tərslikdən yanında başqa bir zeytun ağacı da yox idi ki, onunla dərdləşsin. Adamlarla da dərdləşə bilmirdi. O, adamları başa düşürdü, adamlar onu başa düşmürdülər. Bu haqda da çox düşünmüşdü. Belə qərara gəlmişdi ki, meyvəsinin dadı yaxşı olsaydı, yeməli olsaydı, adamlar mütləq onun dilini də öyrənərdilər. Hər halda, adamlar meyvəsi yeməli olan ağacların dilini çoxdan öyrənmişdilər.

Həmin günün gecəsi, saat on ikini keçəndən sonra dönər satan oğlan ağac Mahmudun kölgəsindəki skamyada gecələdi. Çünki, o, rayondan Bakıya işləməyə gəlmişdi və çoxlu obyektləri olan bir adamın dönərxanasında dönər satmaqla qazandığı pulu bu ay rayona - atasıgilə göndərmişdi, kirayə pulunu ödəyə bilməmişdi deyə kirayədə qaldığı evin yiyəsi də onu evdən çıxarmışdı. May ayı olsa da, skamyada yatarkən soyuqdan titrəyirdi. Ağac Mahmudun ona ürəyi yandı, amma heç nə edə bilmədi.

Dönər satan oğlan yuxudan ayılanda ağacdan asılan bir polietilen torba gördü. Gecə qaranlıq idi deyə görməmişdi. Polietilen torbanın içində yarıyacan yeyilmiş iki dönər var idi. Oğlanlar dərs bitəndən sonra da yarımçıq dönərləri götürməyi unutmuşdular, amma dönər satan oğlan bu dönərləri ağacın hədiyyəsi kimi qəbul etdi. Onları yedi.

Dərs ilinin bitməsinə bir neçə gün qalmış skamyanı ağac Mahmudun kölgəsindən götürüb başqa yerə apardılar. O gündən sonra ağac Mahmud alışdığı adamları görmədi. Dönər iyinə də həsrət qaldı. Amma günlərin bir günü, dönər satan oğlan özünü meyvə kimi ağacdan asmaq istədi, asa bilmədi. Budaq şaqqıltıyla qırılıb dönər satan oğlanın başına düşdü.

Elə onda ağac Mahmud fikirləşdi ki, özünə bunları edən adam mənim balalarıma nələr etməz?!

Ağac Mahmud artıq həqiqətə çatmışdı.

Bütün bu olanların üstündən bir neçə il keçəndən sonra Mahmud universitetə qəbul imtahanında iştirak etdi. Cavablamalı olduğu suallardan biri də “potaş” maddəsinin formulu haqqında idi. Amma Mahmud cavabı bilmirdi. Çünki yediyi zeytunlar evlərinə həmişə hazır gəlirdi. Qabın içində.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23693
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13208
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10493
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Helikopter qəzası ilə bağlı yeni xəbər
5737
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5691
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4438
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4170
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3829
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3690
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3520
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3067
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2792
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2760
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2533